01 İyul 2026 21:45
149
SİYASƏT
A- A+
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 


İyulun 1-də Bakıda ABŞ-nin müstəqilliyinin elan olunmasının 250-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib.

Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlon deyib ki, 250 il ərzində ABŞ azadlıq, innovasiya, sahibkarlıq və inkişaf prinsipləri üzərində formalaşıb. Bu dəyərlər ölkənin iqtisadiyyatında, elmi nailiyyətlərində, mədəniyyətində və texnoloji tərəqqisində öz əksini tapıb.

Sülhün siyasi cəsarət və uzaqgörən liderlik tələb etdiyini deyən Emi Karlon qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi Sülh Sammitində Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan onilliklər davam edən münaqişədən sonra yeni səhifə açaraq gələcəyi qarşıdurma deyil, əlaqələr, əməkdaşlıq və rifah üzərində qurmaq öhdəliyi götürdülər. Bu sülhün yaratdığı imkanlar artıq görünür. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), eləcə də ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, ticarəti genişləndirən, enerji təhlükəsizliyini gücləndirən və iqtisadi inkişaf üçün yeni imkanlar yaradan inteqrasiya olunmuş regiona çevrilməsi istiqamətində birgə fəaliyyət göstərilir.

O bildirib ki, fevral ayında Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası üç əsas istiqamətə – regional bağlantı, iqtisadi investisiya və innovasiya, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanır.

“Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinədək ABŞ hökuməti və şirkətləri Azərbaycanın mühüm enerji ölkəsi kimi inkişafını dəstəkləyiblər. Hazırda isə enerji, süni intellekt, data mərkəzləri və digər qabaqcıl texnologiyalar sahəsində yeni investisiyalar üzərində işləyirik. Ötən ay “Bakı Enerji Həftəsi” və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində ABŞ şirkətləri Azərbaycan tərəfdaşları ilə qabaqcıl materiallar, süni intellekt, bulud texnologiyaları və digər yeni texnologiyalar sahələrində 8 milyard ABŞ dollarından çox dəyərində sazişlər imzalayıblar. Bu investisiyalar və təhlükəsizlik sahəsində əməkdaşlıq regionda davamlı sülhə töhfə verəcək. ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. ABŞ Azərbaycanda investisiyaları, dialoqu və sülh naminə diplomatik səyləri dəstəkləyib. Bu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik”, - deyə diplomat qeyd edib.

Azərbaycan Hökuməti adından Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edən Baş nazirin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan ABŞ ilə 34 il əvvəl diplomatik münasibətlər qurduqdan sonra iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin inkişafına hər zaman önəm verib və bu istiqamətdə müvafiq səylər göstərib. Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq terrorizmə qarşı Qlobal Koalisiyada Azərbaycanın iştirakı, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verilən töhfələr bunun bariz nümunəsidir.

Samir Şərifov qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yüksələn dinamika ilə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin ötən ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub.

Baş nazirin müavini bildirib ki, həmin səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına, Zəngəzur dəhlizinin açılmasını və fəaliyyətini təmin edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması barədə sazişin imzalanmasına göstərdiyi dəstək və vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.

Qeyd olunub ki, ikitərəfli münasibətlərdə formalaşmış müsbət dinamikanın davamı olaraq Azərbaycan və ABŞ liderlərinin sonrakı görüşləri, eləcə də ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin cari ilin fevralında Azərbaycana səfəri ölkələr arasında yüksəksəviyyəli dialoqun intensivliyini bir daha nümayiş etdirib.

Baş nazirin müavini Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını Azərbaycan-ABŞ münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirərək bildirib ki, bu sənəd iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin genişlənməsini dəstəkləyir. Xartiya ikitərəfli iqtisadi və ticarət əlaqələrinin, investisiya əməkdaşlığının dərinləşdirilməsinə əlavə təkan verəcək.

Samir Şərifov əminliyini ifadə edib ki, Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan ünsiyyət Azərbaycan-ABŞ tərəfdaşlığının dayanıqlığını təmin edəcək, iqtisadi və investisiya əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə birgə fəaliyyətin dərinləşməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:19
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

23:12
01 İyul

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

22:47
01 İyul

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib  

22:46
01 İyul

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

21:55
01 İyul

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

21:45
01 İyul

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

19:52
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!