01 İyul 2026 08:55
320
Mədəniyyət
A- A+
Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi


Maraqla baxılan teatr və filmlərimizdə yaratdığı müxtəlif obrazları, oynadığı bənzərsiz rolları ilə tamaşaçı sevgisi qazanmış aktyorlarımızdan biri də Xalq artisti Fuad Poladovdur. Onun oynadığı böyüklü-kiçikli bütün rollarda sənətkarlıq duyulur. 

Səhnədə olduğu illər ərzində fitri istedadı və bacarığı ilə zövqləri fəth edən Fuad Poladov 24 may 1948-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini 132 nömrəli məktəbdə alıb. Hələ kiçik yaşlarından aktyor olmaq arzusu ilə yaşayan Fuad Poladov 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Tələbəlik illərində fəallığı və istedadı ilə seçilib. 1972-ci ildə aktyorluq təhsilini başa vuraraq səhnə fəaliyyətinə başlayıb. Paralel olaraq Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 

Fuad Poladov müəllim ailəsində doğulmuşdu. Anası Hənifə xanım ibtidai sinif, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub. Valideynləri onun aktyor olmasına razı deyilmişlər. Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirmiş. Fuad özü isə aktyorluq peşəsini seçib. Əgər o, valideynlərinin göstərdiyi yolla getsəydi, yəqin ki, teatrımız, kinomuz istedadlı bir aktyorunu itirmiş olacaqdı. 

Fuad hələ tələbə ikən teatr tamaşalarında müxtəlif rollar oynayıb. İlk dəfə 1969-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərinin tamaşasında  səhnəyə çıxaraq Savalan obrazını canlandırmışdır. Elə ilk rolundan da rejissorların diqqətini cəlb etmişdir. Bacarığını nəzərə alan teatrın rəhbərliyi elə həmin ildən də onu teatrın truppasına qəbul etmişdi. Beləcə, gələcəyin görkəmli aktyoru sənət dünyasına gedən yollarında ilk addımlarını atmağa başlamışdı. 

Fuad Poladov 20 il bu teatrın səhnəsində müxtəlif xarakterli rollar canlandırmışdı. Lirik-psixoloji üslublu aktyorluq məktəbinin seçilən nümayəndələrindən biri kimi tanınan, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun oynadığı bütün obrazlar sənət adamlarının diqqətini cəlb etmişdi. Görkəmli aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Æordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları tamaşaçı sevgisi qazanmışdır. Sevə-sevə canlandırdığı bu obrazlar aktyora həm də böyük şöhrət gətirmişdir.  

O, 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləməyə başlamışdır. Səhnə həyatının yeni mərhələsinə qədəm qoyan Fuad Poladov bu teatrda 20-dən çox tamaşada rol almışdır. Bu rollara isə, necə deyərlər, öz möhürünü vurmuşdu. Aktyorun oynadığı rollar bu gün də böyük sevgi ilə xatırlanır. Fuad Poladov tamaşaçıları düşündürməyi, adi hesab olunan obraza yeni rəng və ahəng verməyi bacarırdı. Bütün bunlar isə aktyorun sənətkarlığından, sənətə verdiyi dəyərdən, peşəsinə vurğunluğundan irəli gələn amillər idi.  

Fuad Poladov teatrla yanaşı, filmlərimizdə də yaddaqalan rollar oynayıb. Hələ 1966-cı ildə - 9-cu sinifdə oxuyanda ilk dəfə olaraq "İstintaq davam edir" filminə çəkilib. Aktyor bu filmdə Səlim rolunu canlandırıb. Bundan sonra Fuad Poladov bu gün də böyük maraqla baxılan "Ad günü", "Ağasadıq Gəraybəyli", "Ailə", "Aktrisa", "Arxada qalmış gələcək", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Cəza", "Əlvida, cənub şəhəri", "Yeddi oğuldan biri", "Fatehlərin divanı", "İşarəni dənizdən gözləyin", "Güllələnmə təxirə salınır!", "Ovsunçu", "Küçələrə su səpmişəm", "Günaydın, mələyim", "Dolu"  və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 2015-ci ildə "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifaçısı" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb. 

Aktyor doğma teatrı olan Akademik Milli Dram Teatrını heç vaxt unutmayıb. Teatr rəhbərliyinin dəvəti ilə tez-tez müxtəlif tamaşalarda rollar ifa edib. 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində "Hamlet" əsərində Hamlet, 2011-ci ildə İlyas Əfəndiyevin "Boy çiçəyi" əsərində Həsənzadə, 2013-cü ildə Əli Əmirlinin "Şah Qacar" əsərində Şah Qacar, 2015-ci ildə Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" əsərində Müsyo İbrahim obrazlarını canlandırıb.

Azərbaycan teatr və kino sahəsinin inkişafına verdiyi töhfələrə görə Fuad Poladov 20 mart 1987-ci ildə Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülüb. 

Təəssüf ki, sonrakı illər Fuad Poladov səs tellərində problem yarandığına görə danışmaqda çətinlik çəkib. Aktyor bir müddət Milli Onkologiya Mərkəzində müalicə olunub. Uzun müddət davam edən xəstəlikdən sonra 4 may 2018-ci ildə vəfat edib. 

Sənət dostları Fuad Poladovu istedadlı bir aktyor və gözəl insan kimi xatırlayırlar. Xalq artisti Həmidə Ömərova mərhum sənət yoldaşının gənclər üçün yeni cığır açdığından söz salaraq deyib ki, Fuad Poladov Azərbaycan mədəniyyətində, kinosunda, teatrında silinməz iz qoyan böyük sənətkardır: "Hər birimizin qəlbində onun əziz xatirəsi yaşayır. Fuad Poladovun oynadığı rolları unutmaq mümkün deyil. Onun Azərbaycan kinosuna, teatrına verdiyi töhfələr hələ də öz bəhrəsini verir. Gənc nəsil, aktyor olmaq istəyənlər də onun filmlərinə baxaraq, istedadından bəhrələnirlər".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Azad Şükürov Fuad Poladovun sənətinə yüksək dəyər verərək deyib: "Mənim zənnimcə, Fuad Poladovun ən böyük xidməti ondan ibarətdir ki, o, bütün Azərbaycan tamaşaçılarına, bütün mədəniyyət xadimlərinə öz həyat tərzi ilə sübut etdi ki, əsl sənətkar və şəxsiyyət necə olmalıdır". 

Tanınmış rejissor Rövşən İsax "Aktrisa" filminin çəkilişləri zamanı Fuad Poladovla yaşanan xatirələrdən bəhs edərək deyib: "Mənim tanıdığım, münasibətdə olarkən gördüyüm Fuad Poladov çox təmkinli, bir kəlmə sözünü də səbəbsiz yerə deməyən, hər baxışında, hərəkətində bir məna olan insan idi. Bu dəqiqə fikirlərimi bölüşərkən elə bilirəm ki, məni eşidir. Ona görə pauzalarla danışıram ki, hər sözüm, kəlməm yerində olsun. Birbaşa müəllimim olmasa da, bizim kursumuza dərs deyib Fuad müəllim. "Aktrisa" filmində bir səhnə var: bankir həyat yoldaşını şillə ilə vurur. Mən aktrisadan xahiş edib icazəsini almışdım. Fuad müəllimə demişdim ki, orta planda çəkəndə siz həqiqətən şillə vurun, aktrisanın xəbəri var, o bilir. Həmin epizodu çəkərkən şillə ilə vuranda aktrisanın dodağı qanadı. Fuad müəllim çox pis oldu. Həmin gün çəkilişi saxladıq, qərara gəldik ki, sabah çəkək. Səhəri gün Fuad müəllim çəkilişə gələndə böyük bir buket alıb gətirmişdi. Aktrisa şillə dəyəndə yox, amma gül dəstəsini görəndə kövrəlib ağladı. Fuad müəllim belə insan idi". 

Xalq artisti Hacı İsmayılov isə Fuad Poladovu belə yad edib: "Onun vəfatı xəbəri bütün sənət adamlarını sarsıtdı. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində çox gözəl obrazlar yaradıb, bu obrazlar hər kəs tərəfindən sevilib".

Azərbaycan teatr və kino sənətinin sevilən aktyoru, Xalq artisti Fuad Poladov film və tamaşalarda yaratdığı obrazları, fitri istedadı və şəxsiyyət bütövlüyü ilə sənət dostlarının, eləcə də tamaşaçıların qəlbində belə iz qoymuşdur. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

23:19
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

23:12
01 İyul

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

22:47
01 İyul

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib  

22:46
01 İyul

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

21:55
01 İyul

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

21:45
01 İyul

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!