12 Avqust 2025 10:35
556
SİYASƏT
A- A+
Norveçin “Geopolitika” nəşrində Vaşinqtonda imzalanan sülh sazişi haqqında məqalə dərc olunub

Norveçin “Geopolitika” nəşrində Vaşinqtonda imzalanan sülh sazişi haqqında məqalə dərc olunub


Norveçin “Geopolitika” nəşrində Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif bu sazişin uzunmüddətli ardıcıl diplomatik səylərin nəticəsi olduğunu yazır.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan beynəlxalq hüququn beş prinsipinə əsaslanan sülh sazişi layihəsini təklif edərək, onilliklər ərzində davam edən qarşıdurmanı hüquqi və qarşılıqlı məqbul əsaslarla əvəz etməyə çalışıb.

Diplomat vurğulayır ki, sazişin yekun imzalanması üçün əsas şərt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları istisna edərək Konstitusiyaya düzəlişlər etməyə hazır olmasıdır. Razılaşmaların mühüm hissəsi bütün nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə təhlükəsiz quru yolu dəhlizinin açılması idi. Müəllifin fikrincə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı layihə təkcə iki ölkəyə deyil, həm də bütün regional iqtisadiyyata fayda gətirəcək.

Z.Əhmədov qeyd edir ki, hər iki tərəf qisasçılıq əhvali-ruhiyyəsindən əl çəkib 1991-ci il Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsinin prinsipləri əsasında mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bildiriblər. Onun fikrincə, bu, münaqişəni əməkdaşlıqla əvəzləmək, Cənubi Qafqazda sabitlik və rifahı təmin etmək üçün real imkanlar açır.

Diplomat qeyd edir: “Dörd il ərzində Azərbaycanın səfiri vəzifəsində çalışdığım müddətdə şimal ölkələrində Azərbaycan ilə Ermənistan arasında münasibətlərə dair bütün müzakirə və debatları yaxından izləmişəm. Bu danışıqlar çox vaxt narahatlıq, qeyri-müəyyənlik və gələcəklə bağlı suallarla müşayiət olunurdu. Ona görə də indi möhkəm sülhün sadəcə xəyal olmadığı, nail olunacağı reallıq olduğunu göstərən müsbət xəbərləri bölüşmək xüsusilə xoşdur”.

Məqalənin sonunda səfir şimal regional əməkdaşlığının uğurlu təcrübəsi ilə paralel aparır. Onun fikrincə, bu təcrübə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və əməkdaşlığın inkişafı üçün dəyərli oriyentir ola bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!