09 Dekabr 2025 13:56
404
DÜNYA
A- A+
Nikolas Maduro: Venesuela 2026-cı ilə qədər müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək  

Nikolas Maduro: Venesuela 2026-cı ilə qədər müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək  


Venesuela müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və 2026-cı il məqsədlərinin bir hissəsi olaraq yeni strateji müdafiə planları təqdim edəcək.

Prezident Nikolas Maduro bu açıqlamanı dövlət televiziya kanalı VTV-də yayımlanan yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşündə verib.

Venesuela lideri ölkənin artıq 2026-cı il vizyonu ilə yaşadığını və əsas məqsədin "dinc və firavan bir vətən" qurmaq olduğunu vurğulayıb. "2026-cı il artıq başlayıb, bu gün faktiki olaraq 2026-cı ildir. 2026-cı ildə ölkənin müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcəyik və bu sahədə yeni strategiyalar elan edəcəyik. Allaha bizə verdiyi gücə, yaxşı ideyalara və cəsur xalqımıza görə şükür edirəm. Xalqın, ordunun və polisin mükəmməl birliyi sayəsində Venesuela müstəqilliyini qoruyub saxlayır və sülh içində yaşayır", - deyə Nikolas Maduro bildirib.

Prezident xüsusilə qeyd edib ki, ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyəti Venesuela üçün birbaşa təhlükə yaradır və buna görə də gələn ildə müdafiə sektoruna investisiyalar əhəmiyyətli dərəcədə artırılacaq.

 "2026 Planı" çərçivəsində təhlükəsizlik və müdafiə sistemlərini gücləndirməyi, hökumət kommunikasiya siyasətini təkmilləşdirməyi, ictimai təşkilatları inkişaf etdirməyi və xalqın ehtiyaclarına yönəlmiş idarəetmə strukturlarını gücləndirməyi planlaşdırır.

Venesuelanın müdafiə naziri general Vladimir Padrino Lopez mövcud xarici təhdidlərin ölkəyə yeni strateji yanaşmalar hazırlamağa və tətbiq etməyə imkan verdiyini bildirib. O, xalq milisinin davam edən dinamik yenidən qurulması barədə məlumat verib.

Nazirin sözlərinə görə, Venesuela silahlı qüvvələri hər gün daha da hazırlıqlı olur və ölkəyə qarşı mümkün olan hər hansı bir hücuma "ən sərt və ən qətiyyətli cavab" verməyə tam hazırdır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik  

15:16
03 Mart

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib YENİLƏNİB-3

15:10
03 Mart

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası plenar sessiyalarla davam edib  

15:01
03 Mart

Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında əməkdaşlıq inkişaf etdiriləcək  

14:59
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!