17 Yanvar 2026 13:42
610
CƏMİYYƏT
A- A+
Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  


Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında 2026-cı ilin məhsulu üçün 13 min 510 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 7 min 989 hektarını buğda, 5 min 521 hektarını arpa sahələri təşkil edir. Hazırda taxıl sahələrində bitiş yaxşıdır. Havaların uzun müddət isti və quraq, bəzən isə soyuq küləkli keçməsi payızlıq taxıl bitkilərini, xüsusilə dəmyə sahələrdə əkilən bitkiləri bir müddət stres vəziyyətində saxlayıb. Lakin son vaxtlar hökm sürən yağıntılı hava şəraiti və yağan qar taxıl bitkilərinin stres amillərindən qorunması üçün çox əlverişli şərait yaradıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Qax rayon Mərkəzinin rəisi Hikmət Hafizov deyib.

Mərkəzin rəisinin sözlərinə görə, havanın temperaturu mənfi 15 dərəcəyə düşdükdə belə, 10-15 santimetr qalınlığında qar örtüyü olan sahələrdə torpaq səthində temperatur adətən mənfi 1-3 dərəcə həddində qalır. Bu, buğda və arpa bitkilərinin kök boğazının və böyümə konusunun donmasının qarşısını alır. Qar örtüyü olmayan şəraitdə isə torpaq temperaturu hava temperaturuna yaxınlaşır və bitkilərdə dərin donma riski yaranır.

Hikmət Hafizov deyib: “Qarın su ehtiyatı baxımından rolu da xüsusi əhəmiyyət daşıyır. Qış ərzində yığılan qar yazda tədricən əridikdə su torpağa yavaş-yavaş hopur və rütubət dərin qatlara qədər gedir. Bu, yaz vegetasiyasının əvvəlində buğda və arpa üçün əvəzolunmaz nəm ehtiyatının formalaşmasına səbəb olur. Xüsusilə, yazın ilk mərhələsində kök sisteminin aktiv inkişafında bu rütubət həlledici rol oynayır. Qarın olmaması və ya az olması yazda torpağın tez qurumasına, bitkilərin erkən su stresinə düşməsinə səbəb ola bilər”.

Səpin müddətinin qar və şaxtanın təsiri üçün mühüm amil olduğunu vurğulayan mütəxəssis bildirib ki, tez səpilmiş payızlıq buğda və arpa bitkiləri payızda yaxşı pöhrələnir, güclü kök sistemi formalaşdırır və daha çox vegetativ kütlə yaradır. Qar örtüyü olduqda bu bitkilər qışı adətən problemsiz keçirir və yüksək məhsuldarlıqla nəticələnir. Gec səpilmiş buğda və arpa sahələrində isə bitkilər adətən zəif inkişaf etmiş vəziyyətdə, 1-2 yarpaq mərhələsində qışa girir. Bu cür bitkilərin şaxtaya davamlılıq potensialı aşağı olur və qar örtüyü onların yaşaması üçün həlledici faktor hesab edilir.

Mərkəzin rəisi bildirib ki, qar və şaxta, eyni zamanda, fitosanitar baxımdan da müəyyən müsbət təsirlərə malikdir. Belə ki, şaxtalı qış torpaq səthində və bitki qalıqlarında qışlayan zərərvericilərin və patogenlərin bir hissəsinin məhvinə səbəb olur və bu da yazda xəstəlik və zərərverici ilə sirayətlənmə intensivliyini azaldır. Bununla yanaşı, bəzi payızlıq alaq növləri şaxtaya davam gətirmədiyindən qış dövründə zəifləyir və yazda sahədə alaq sıxlığı azalır.

“Bir sözlə, düzgün seçilmiş səpin müddəti, gübrələmə sistemi və torpağın optimal becərilməsi şəraitində qar örtüyü bitkilərin qışlama qabiliyyətini artıran, su təminatını yaxşılaşdıran və yaz inkişafını sürətləndirən əsas təbii amil, şaxta isə bitkilərin davamlılığını gücləndirən, eyni zamanda, fitosanitar vəziyyəti yaxşılaşdıran faktor rolunu oynayır”,- deyə Hikmət Hafizov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!