12 Yanvar 2024 09:00
14792
SİYASƏT
A- A+
Müasir Azərbaycanın yeni inkişaf dövrü

Müasir Azərbaycanın yeni inkişaf dövrü

 

Xankəndi zəfəri ilə xalqımızın, dövlətimizin qarşısında parlaq üfüqlər açılıb

 

"Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır..."
Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə ilə mükəmməl şəkildə ifadə etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın qarşısında yeni və parlaq üfüqlər açıb. 
2023-cü il sentyabrın 20-də qazanılan qələbə Azərbaycan xalqının, dövlətinin milli hədəflərinə doğru onilliklərin o üzündən çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq tələb edən və ağır sınaqlarla dolu haqq yolunun Zəfər zirvəsi oldu. Heç şübhəsizdir ki,  bu zəfərin Azərbaycanın daha parlaq eralara daşınmasında misilsiz rolu olacaq. 

 

Milli vəzifə yerinə yetirildi

 

Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda - bütün ərazilərimizdə dalğalandırılıb. Qarabağda separatizmin kökü birdəfəlik kəsilib.
Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər neçə-neçə şəhər və kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarılıblar. 
Bir sözlə, Azərbaycan illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyub. "Qarabağ Azərbaycandır!" həqiqətindən güc alaraq və buna qarşı çıxan istənilən qüvvəyə qarşı layiqincə mübarizə apararaq, döyüşərək, çarpışaraq tarixi ədaləti bərpa edib. 
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində də məhz bu məqama toxunaraq, "Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz" söylədi. 
Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq".

 

Hədəfə doğru inamla

 

Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız bu qələbələrə yetənə qədər xalqımız, dövlətimiz olduqca çətin, sınaqlarla dolu bir yol qət etməli oldu. 
1993-cü, xüsusilə də 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı və üstəlik də siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq işimiz uğrunda mübarizə apardığı dövrün özündə belə Azərbaycan bütün sahələrdə hərtərəfli inkişaf səviyyəsinə yüksəlib. Lakin o da danılmaz həqiqətdir ki, sözügedən problemlərin varlığı ölkəmizin daha sürətli inkişafına başlıca əngəl yaradırdı və dövlətimizin qarşısında duran bir nömrəli vəzifə də məhz bu maneələrin aradan qaldırılmasından ibarət idi. Məhz ötən 30 ildə bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm və iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü fəaliyyət sayəsində bu gün artıq yuxarıda sadalanan problemlərin heç biri yoxdur və tamamilə həll edilib. 
"Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi" deyən Prezident İlham Əliyev də müsahibəsində hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: "Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi". 

 

Dünyanın nüfuzlu ölkəsi 

 

2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb.
Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki,  bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır. 
Təbii ki, Azərbaycanın əldə etdiyi bu qalibiyyətlər qardaş və dost ölkələri sevindirsə də, bunu həzm edə bilməyən bəzi xarici düşmənlərdən də xali deyilik. Xüsusilə də özlərini dünyanın "supergüc"ləri, "yenilməzlər"i sırasında hesab edən Qərb ölkələrinin timsalında ki bunların başında Fransa gəlir. Həmin ölkələr 30 illik işğal dövründə, eləcə də Vətən müharibəsi və ondan sonrakı zamanda, Xankəndi zəfərinə qədər, əllərindən gələn riyakarlığı, bədnamlığı etdilər ki, Azərbaycanı haqq yolundan döndərsinlər, amma bacarmadılar. Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi və suverenliyini tam təmin etdi. Özü də heç bir xarici siyasi təzyiqə boyun əymədən, öz gücü hesabına... 
Azərbaycanın siyasi iradəsinə heç cür təsir göstərə bilməyən, qarşılarında daha 1990-cı illərin əvvəllərindəki yox, qüdrətli, güclü, onlara, sözün əsl mənasında, istənilən platformada meydan oxuyan qalib, Zəfər çalmış, yüksələn Azərbaycan olduğunu görən "demokratik" ölkələr isə indi qorxaqların getdiyi yollara əl atırlar. Bunu Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin təhqir olunmasının fonunda da aydın görmək olur... 
"...Bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir", - deyə müsahibəsində Prezident İlham Əliyevin vurğuladığı kimi... 

 

Xalqımızın, dövlətimizin ən parlaq Qələbəsi

 

Müzəffər Lider, mahir siyasətçi, ən ümdəsi vətənpərvər şəxs olan İlham Əliyevin böyük əzm və qətiyyətinin nəticəsində son 20 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə bənzərinə rastlanmayan zəfərlər qazanıb.
Azərbaycan xalqı Şuşa, Xankəndi zəfərlərini yaşayıb, torpaq nisgilindən qurtulub, şəhidlərimizin qisasının alınmasından mənəvi rahatlıq tapıb.   
Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb. 
Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: "Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!