05 Dekabr 2025 20:58
136
CƏMİYYƏT
A- A+
Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  


Moldova ilə Azərbaycan arasında əməkdaşlıq son illərdə davamlı və müsbət dinamika nümayiş etdirərək səmərəli şəkildə inkişaf edir. Əməkdaşlığa, ilk növbədə, enerji və nəqliyyat-logistika sahələri üzrə prioritet verilir. Azərbaycan Orta Dəhliz və Şimal-Cənub marşrutu çərçivəsində getdikcə daha mühüm rol oynayır ki, bu da nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsini hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli edir.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko söyləyib.

Diplomat qeyd edib ki, aqrar sahədə də əhəmiyyətli potensial mövcuddur. Moldova yüksəkkeyfiyyətli toxum materiallarının təmin olunması sahəsində zəngin təcrübəyə və geniş imkanlara malikdir. Tarixən kənd təsərrüfatı və şərabçılıq mərkəzi kimi tanınan Qarabağ regionu da daxil olmaqla perspektivli birgə layihələrin həyata keçirilməsi mümkündür.

Humanitar əməkdaşlıqdan danışan səfir fəal mədəni qarşılıqlı əlaqələrin olduğunu vurğulayaraq deyib: “Moldovalı musiqiçilər bir neçə ildir Bakıda keçirilən “International Jazz Festival”a qatılırlar və yeni caz kollektivlərini təqdim edirlər”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan diasporunun dəstəyi sayəsində Moldovada rumın şairlərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üzrə layihələr həyata keçirilir və artıq xeyli sayda kitab nəşr olunub. “Bu, Azərbaycan oxucularının Moldovanın da aid olduğu rumın mədəniyyət məkanının poeziyası və mədəniyyəti ilə daha dərindən tanış olmasına imkan yaradır”, - deyə A.Esaulenko vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

Moldova səfiri: Azərbaycanla əməkdaşlıq dinamik və səmərəli şəkildə inkişaf edir  

20:58
05 Dekabr

 “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib  

20:28
05 Dekabr

Ədliyyə naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

20:27
05 Dekabr

“Equinor” Şimal dənizində iki yeni qaz və kondensat yatağı kəşf edib  

20:11
05 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  

19:51
05 Dekabr

Azərbaycan və Gürcüstanın hakim partiyaları gənclər sahəsində əməkdaşlığı gücləndiriblər  

19:41
05 Dekabr

Avropada təbii qaz qiymətinin ucuzlaşmasına təsir edən faktorlar açıqlanıb

19:32
05 Dekabr

Koreya Respublikasının ölkəmizdəki səfiri Şəkidə olub  

19:21
05 Dekabr

Multikulturalizm Mərkəzində akademik Kamal Abdulla ilə görüş keçirilib  

19:07
05 Dekabr

TDT-dən olan nazirlər 1 saylı DOST Mərkəzində olublar  

18:59
05 Dekabr

Əmlak Məsələləri Dövlət Xidmətində Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri ilə görüş olub  

18:53
05 Dekabr

Bundestaq hərbi xidmət haqqında yeni qanunu təsdiqləyib  

18:43
05 Dekabr

“Azərbaycan Dəmir Yolları” və AİB arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub  

18:23
05 Dekabr

Fransada müsəlmanlara qarşı dini zəmində ayrı-seçkilik artıb  

18:17
05 Dekabr

İsrail Prezidenti Səudiyyə Ərəbistanı ilə sülh bağlamaq arzusundadır   

18:16
05 Dekabr

Vladimir Putin: Ukrayna qoşunları çıxmasa, Rusiya Donbası güclə ələ keçirəcək  

18:14
05 Dekabr

Çin Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyətinə ianə edib  

18:13
05 Dekabr

Antoniu Koşta: Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır  

18:12
05 Dekabr

Ali Məhkəmədə Femida könüllüləri ilə görüş keçirilib

18:10
05 Dekabr

BMTM-in şöbə müdiri : Azərbaycan Qlobal Cənub və enerji təhlükəsizliyində strateji rol oynayır  

18:09
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!