03 Fevral 2025 19:54
1460
PARLAMENT
A- A+
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib, 16 məsələ müzakirə olunub YENİLƏNİB

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib, 16 məsələ müzakirə olunub YENİLƏNİB


Fevralın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra çıxış edən Sahibə Qafarova ötən sessiyanı uğurlu adlandırıb, parlamentin beynəlxalq fəaliyyətinin sessiyalar arasındakı dövrdə də davam etdiyini vurğulayıb.

O, yaz sessiyasının qanunvericilik işləri planının hazırlandığını diqqətə çatdırıb.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, deputatlar Aydın Mirzəzadə, Şahin İsmayılov, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mahir Süleymanlı, Hikmət Məmmədov, Mircəlil Qasımlı, Vüqar İskəndərov, Mehriban Vəliyeva, Azər Kərimli gündəmdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Daha sonra gündəlikdəki 16 məsələnin müzakirəsi keçirilib. İlk 4 məsələ Milli Məclisin qərar layihələri olub.

Əvvəlcə parlamentin qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib.

Sonra Milli Məclisin 7 üzvdən ibarət Hesablayıcı komissiyası, 11 üzvdən ibarət İntizam komissiyası yaradılıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə məsələ ilə əlaqədar çıxış edib. Hazırda parlamentdə 103 dostluq qrupunun fəaliyyət göstərdiyini deyən Səməd Seyidov Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının vacibliyindən danışıb. O, işçi qrupunun rəhbəri qismində deputat Səbinə Salmanovanın namizədliyinin təklif edib.

Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in və “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihələri barədə məlumat verib.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Layihədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsviri”nin təsdiq edilməsi məsələləri öz əksini tapıb.

Yubiley medalı haqqında Əsasnamədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təltif edildiyi təsbit olunur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. O, Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-ci ildən başlayaraq ölkədə sosial islahatların həyata keçirildiyini, bugünədək dörd dərin sosial islahatlar zərfinin qəbul edildiyini və bunun nəticəsində 4 milyondan çox soydaşımızın pensiyalarının, əməkhaqlarının, müavinətlərinin, təqaüdlərinin, ünvanlı sosial yardımlarının və digər sosial təminatlarının yüksəldiyini diqqətə çatdırıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

Qanun layihələri bir oxunuşda səsə qoyularaq qəbul edilib.

Növbəti 2 məsələ üçüncü oxunuşda olan qanun layihələri olub.

Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Qanun layihələri üçüncü oxunuşda qəbul olunub.

Növbəti beş qanun layihəsi isə birinci oxunuşda təqdim edilib.

Azər Əmiraslanov “Aviasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirilib ki, Qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

O, sənədin “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlandığını, layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması hallarının yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edildiyini söyləyib.

Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir.

Gündəliyin on dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova məlumat verib. O vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.

Bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə verginin tutulması təmin ediləcək, satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək, həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək. Nigar Məmmədova vurğulayıb ki, bu layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.

Növbəti məsələ - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirləri görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif olunub.

Gündəliyin sonuncu məsələsi - Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumatı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. Diqqətə çatdırılıb ki, layihə sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahəsi əldə edilməsinin, və ya yaşayış sahəsinə ehtiyacı olan həssas kateqoriyaya aid şəxslərin uçota götürülməsinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklərdən danışan Nurlan Həsənov bildirib ki, 2025-ci ilədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə 15600 mənzil və fərdi ev verilib.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Həmkarlar ittifaqları haqqında", "Sosial sığorta haqqında", "Bələdiyyələrin statusu haqqında", "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yaşayış minimumu haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Məşğulluq haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:02
17 Yanvar

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:00
17 Yanvar

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 437 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:59
17 Yanvar

“Azərbaycan Respublikası vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarının həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
17 Yanvar

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
17 Yanvar

BİLDİRİŞ

01:55
17 Yanvar

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

01:21
17 Yanvar

Volodimir Zelenski: Rusiya Ukraynaya qarşı yeni kütləvi zərbələrə hazırlaşır  

23:40
16 Yanvar

Gio Kristofoli: Azərbaycan regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir  

22:39
16 Yanvar

Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib  

21:06
16 Yanvar

Volodimir Zelenski: Ukraynada hər zərbədən sonra elektrik enerjisinin bərpası işləri aparılır  

21:01
16 Yanvar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı çərçivəsində müzakirə paneli təşkil edilib  

20:37
16 Yanvar

WUF13 ərəfəsində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı mühüm nailiyyətə imza atıb  

20:22
16 Yanvar

Ağdam və Kəlbəcərdə məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib  

20:03
16 Yanvar

Cenevrədə WUF13 ilə bağlı beynəlxalq diplomatik brifinq keçirilib  

19:56
16 Yanvar

UNICEF-in Ukraynadakı nümayəndəliyinin rəhbəri: İntensiv zərbələr enerji və su təchizatı sistemlərini dağıdır  

19:41
16 Yanvar

Türkiyənin prokuror və hakimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir  

19:27
16 Yanvar

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol imzalanıb  

19:07
16 Yanvar

Ombudsman Aparatının əməkdaşları ölkəyə repatriasiya edilmiş şəxslərin vəziyyəti ilə maraqlanıblar  

18:47
16 Yanvar

Türk ekspert: Prezident İlham Əliyevin çağırışı Türk dünyasının təhlükəsizlik arxitekturasını formalaşdırır  

18:33
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

18:32
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!