05 Dekabr 2025 16:26
425
SİYASƏT
A- A+
Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  

Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  


2–5 dekabr tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər üzrə daimi komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev iştirak edib.

İclasın açılış mərasimində İran İslam Şurası Məclisinin sədri  Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və  Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

Bu barədə qəzetimizə açıqlama verən Rizvan Nəbiyev bildirib ki, çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. Deputat deyib: “Bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan  birinə çevrilməkdədir”.

Deputat həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyi və regionda yaranmış yeni siyasi reallıq barədə danışıb. Xüsusilə vurğulayıb ki, onilliklər ərzində ilk dəfə olaraq Cənubi Qafqazda de-fakto sülh bərqərar edilmişdir. Azərbaycanın qələbəsi regionada yeni siyasi reallıq yaratmaqla Asiya ilə Avropa arasında, eləcə də Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

Rizvan Nəbiyev Zəngəzur dəhlizinin Orta dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu diqqətə çatdırıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir.  Azərbaycan tərəfi əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda  həmçinin Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcəkdir. Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda gətirəcəkdir.

Rizvan Nəbiyev çıxışında Azərbaycan-İran əməkdaşlığının iki və çoxtərəfli platformalarda inkişafından danışaraq, 2025-ci il ərzində İran Prezidenti Məsud Pezeşkianın  Azərbaycana etdiyi səfərlərin əhəmiyyətini qeyd edib. 

Milli Məclisin deputatı çıxışını Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlərlə tamamlayıb:

“Son illərin nailiyyətləri yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Onlar həm də göstərir ki, beynəlxalq hüquq sonda mütləq üstün olmalıdır. Bizim baxışımız aydındır: beynəlxalq hüquqa əsaslanan, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini, qarşılıqlı hörmət və əməkdaşlığı özündə ehtiva edən sülh və inkişaf.

Gəlin birlikdə ikili standartların olmadığı, ədalətin selektiv  xarakter daşımadığı, hüququn aliliyinə hörmət göstərildiyi və sülhün yalnız sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!