10 Fevral 2026 12:11
654
Mədəniyyət
A- A+
Memar: Ermənilərin dağıtdıqları digər abidələrin bərpası üçün də layihələr hazırlanır  

Memar: Ermənilərin dağıtdıqları digər abidələrin bərpası üçün də layihələr hazırlanır  


Ermənistanın işğalı nəticəsində tarixi, mədəni, dini abidələrin zənginliyi ilə diqqəti cəlb edən Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr, muzeylər, məscidlər, ziyarətgahlar tamamilə dağılıb. Tarix boyu baş vermiş müharibələr zamanı, hətta İkinci Dünya müharibəsində belə, ölkələr bir-biri ilə müharibə aparsa da, qarşı tərəfin muzeylərini, mədəniyyətini və tarixi abidələrini məqsədli şəkildə məhv edib, onları tarixdən silmək kimi məqsəd nümayiş etdirməyib. Ermənilər isə müharibənin gedişində və atəşkəs dövrlərində məqsədli şəkildə tarixi silməyə, bir xalqın bu ərazilərdə dövlətçilik və mədəniyyət sahibi olduğunu göstərən memarlıq abidələrini məhv etməyə cəhd göstəriblər.

Bunu AZƏRTAC-a açıqlamasında tanınmış memar, professor Cahid Həsənov deyib.

O, 2020-ci ildə Müzəffər Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini məğlub etdiyini, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunduğunu xatırladaraq bildirib: “Bütün dünya işğalçı Ermənistanın beynəlxalq konvensiyaları pozduğunu, Qarabağda, Şərqi Zəngəzurda qədim abidələrin, tarixi memarlıq irsinin erməni vandalları tərəfindən qəsdən məhv edilməsi faktlarını gördü. Bu gün Azərbaycan dövləti həmin ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, bərpa işləri həyata keçirir. Azad Qarabağda və Şərqi Zəngəzurda qədim dövrlərdən qorunub saxlanılan və işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan abidələrinin, memarlıq irsinin bərpası və qorunması istiqamətində də çox mühüm, əhəmiyyətli işlər görülür.

Təbii ki, işğaldan azad olunmuş ərazilərdə şəhərsalma prosesi müəyyən mərhələlər üzrə həyata keçirilir. Birinci mərhələdə ərazilər düşmən tərəfindən basdırılmış minalardan təmizlənir. Sonra infrastruktur quruculuğu həyata keçirilir, yəni yollar salınır, su, işıq və digər kommunal xətlər çəkilir. Ardınca bərpa və yenidənqurma işlərinə başlanılır. Bu mərhələdə, həmçinin əhalinin məskunlaşması üçün yaşayış binaları, məscidlər, inzibati obyektlər, iş yerləri, zavod və fabriklər, aqrar sənaye parkları inşa olunur, həm də paralel şəkildə dağıdılmış tarixi-memarlıq abidələrinin bərpası prosesi həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərdə artıq ilk gündən etibarən genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunun bariz nümunəsi kimi Ağdam məscidinin bərpasını göstərmək olar. Təsəvvür edin ki, bir tərəfdə mina təmizləmə işləri aparılır, digər tərəfdə yollar salınır, infrastruktur qurulur, eyni zamanda, tarixi memarlıq abidələrinin bərpasına başlanılır”.

Memar bildirib ki, işğaldan azad olunan ərazilərimizdə 706-sı dövlət qeydiyyatında olmaqla, 2600-dən çox tarix-mədəniyyət abidəsi var: “Şuşa qalası, Xudafərin körpüsü, Gəncəsər və Xudavəng monastırları, Qutlu Musa türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri bərpa edilib. Bununla yanaşı, Üzərliktəpədə də arxeoloji işlər həyata keçirilir. Həmçinin Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa olunub. Digər abidələrin də bərpası üçün layihələr hazırlanır, dövlət proqramlarına daxil edilir və bu işlər ardıcıllıqla həyata keçirilir. Bütün bu göstəricilər Azərbaycanın memarlıq və şəhərsalma ənənəsinin işğaldan zərər görmüş ərazilərdə yeni dövr üçün daha mükəmməl və sistemli şəkildə bərpa olunduğunu nümayiş etdirir. Bu abidələr yenidən bərpa edildikdən sonra daha da güclənəcək, dünya ictimaiyyətinə Azərbaycanın zəngin tarixi və mədəni irsi daha dolğun şəkildə təqdim olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!