14 Fevral 2025 09:15
1155
Mədəniyyət
A- A+
Mədəniyyət sahəsində əlamətdar və unudulmaz olan bir il 

Mədəniyyət sahəsində əlamətdar və unudulmaz olan bir il 



"Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb"


İlham ƏLİYEV


Mədəniyyətimizin inkişafı, təbliği dövlətimizin böyük önəm verdiyi sahələrdən biridir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son bir il ərzində də bu sahənin tərəqqisi, tanıdılması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısının imzaladığı sərəncamlar, çoxsaylı və əhəmiyyətli tədbirlərin həyata keçirilməsi söyləməyə əsas verir ki, ötən bir il mədəniyyət sahəsində əlamətdar və unudulmaz olub.


Zəngin  mədəniyyətimiz - qürur mənbəyimiz


Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir: "Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb". 

Azərbaycan ötən bir ildə də mədəniyyət sahəsində mühüm tədbirlərə  evsahibliyi etdi. Silsilə beynəlxalq tədbirlər - "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, "Muğam Dünyası" Beynəlxalq Musiqi Festivalı, "Qəbələ Beynəlxalq Musiqi Festivalı", Bakı Beynəlxalq Caz Festivalı və digər tədbirlər uğurla reallaşdı. Həmin tədbirlər dünyanın müxtəlif ölkələrindən olan sənətkarları bir araya gətirdi.

Azərbaycanın qədim mədəniyyətinin və müasir incəsənətinin beynəlxalq ictimaiyyətə tanıdılmasında UNESCO-nun himayəsi altında təşkil olunan  tədbirlərin, "İslam mədəniyyəti paytaxtı" layihəsi çərçivəsində keçirilən proqramların da əhəmiyyəti vurğulanmalıdır.

Ötən bir ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir sıra unudulmaz tədbirlər düzənləndi. Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında bu şəhər 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. Prezident İlham Əliyev 2023-cü il noyabrın 21-də Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. 

Şuşanın Cıdır düzündə 2024-cü il mayın 11-də VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimi oldu. Mərasimdə çıxış edən dövlət başçısı  İlham Əliyev ölkəmizdə bir çox beynəlxalq tədbirin, musiqi festivallarının, mədəni tədbirlərin keçirildiyini qeyd etdi: "Təbii ki, Şuşa şəhərinin islam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq".

İlboyu islam dünyasının mədəniyyət paytaxtı Şuşada əhəmiyyətli tədbirlər təşkil edildi. İslam Dünyasının Mədəniyyət Forumu çərçivəsində Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransı, "İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri" mövzusunda "dəyirmi masa", sərgi və digər təqdimatlar keçirildi.

Türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq tellərini möhkəmləndirmək, onlara milli kimliklərini, mədəni irslərini tanıtmaq imkanı yaratmaq, həmçinin Şuşanın əsrarəngiz təbiətini və mədəni əhəmiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə iyunun 1-də "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı təşkil olundu. Bu möhtəşəm festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli iştirak etdi.

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyul ayında növbəti dəfə düzənlənən Şəki "İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı yenə də musiqi bayramına çevrildi. Festivalda Azərbaycanın və bir sıra xarici ölkələrin tanınmış musiqi kollektivləri və istedadlı musiqiçiləri iştirak etdilər.

Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə həyata keçirdiyi vandallıq Qarabağda və Şərqi Zəngəzurda tarixi, milli-mədəni irsimizə ağır zərbə vurdu. Tariximizin, mədəniyyətimizin nişanələri olan abidələrimiz, muzeylərimiz, kitabxanalarımız, həmçinin müqəddəs ziyarətgahlarımız, məscidlərimiz işğalçı, vandal ermənilər tərəfindən uçurulub dağıdıldı, məhv edildi. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız Böyük Zəfərdən sonra dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə quruculuq, tikinti, bərpa işlərinin həyata keçirilməsi üçün sərəncam verdi. Və bu istiqamətdə geniş, əhatəli işlər görülməyə başlandı. İşğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan geniş tikinti-bərpa işləri sırasında tarixi, mədəni, dini abidələrin bərpası da əhəmiyyətli yer tutur. Qeyd edək ki, keçən bir il Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin bərpası istiqamətində reallaşan mühüm işlərlə də yadda qaldı. 2024-cü ilin sentyabrında Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra  açılışı oldu. Dövlət başçısı açılış mərasimində iştirak etdi.

Yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiyası və arxeoloji tədqiqatı aparılmış Ağdam İmarət Kompleksinin açılış mərasimi də sentyabrda keçirildi. Açılışda iştirak edən Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu, düşmən tərəfindən məhv edilən tarixi çinarların yerində ağac əkdi.

Ötən ilin dekabrında milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr edilən IV Şəki Beynəlxalq Teatr Festivalı təşkil olundu. Festivalda respublikamızın teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan teatr kollektivləri də iştirak etdilər.


Mədəniyyət və incəsənət xadımlərinə yüksək diqqət və qayğı 


Prezident İlham Əliyevin 2024-cü ilin mayında imzaladığı "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görüldü.

Dövlət başçısının həmin tarixdə imzaladığı başqa bir sənədə - "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncama uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Ömər Eldarov, Fərhad İsrafilov, Sevda Məmmədəliyeva, Laləzar Mustafayeva və başqalarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi.

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə", Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Hüseynov "Şərəf" ordenləri ilə təltif edildilər.

Keçən bir il ərzində dövlət başçısı İlham Əliyevin sərəncamları ilə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun və Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) 100 illik yubileyləri təntənəli tədbirlərlə qeyd olundu.

2025-ci il fevralın 3-də  Prezident İlham Əliyev "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, Üzeyir bəy Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir: "Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir".

Mədəniyyət sahəsində bir il ərzində həyata keçirilmiş işləri saymaqla bitmir. Dövlət başçısının bu sahə ilə bağlı verdiyi hər bir qərar, sərəncam Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə yol açan növbəti uğurdur.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:36
18 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:34
18 Aprel

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:34
18 Aprel

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:33
18 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:31
18 Aprel

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
18 Aprel

“Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:28
18 Aprel

Premyer Liqa: “Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

22:03
17 Aprel

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib 

21:42
17 Aprel

Levan Jorjoliani: Cənubi Qafqaz ölkələrinin ortaq baxışı xalqlarımızın daha firavan yaşayacağına qəti inam yaradır  

21:36
17 Aprel

BMT-nin Baş katibi İranın Hörmüz boğazını açmasını alqışlayıb

21:23
17 Aprel

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir  

21:11
17 Aprel

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi  

20:54
17 Aprel

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb  

20:46
17 Aprel

XİN rəhbərinin müavini: Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir

20:46
17 Aprel

Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib

20:44
17 Aprel

İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

20:21
17 Aprel

PAİ Assambleyasında Azərbaycan-Venesuela əməkdaşlığından məmnunluq bildirilib  

20:19
17 Aprel

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Hikmət Hacıyev: Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir  

20:12
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!