25 İyul 2026 01:04
1053
Fərmanlar
A- A+
"Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə

"Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində və 18.8-ci maddəsinin birinci cümləsindənəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 18.8-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq, ofşor zonaların siyahısını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. "Kraudfandinq haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq, operatorun nizamnamə kapitalı və məcmu kapitalının minimum miqdarını, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydasını, habelə strukturu və tərkibini;

3.1.2. həmin Qanunun 4.5-ci maddəsinə uyğun olaraq, mühüm iştirak payının əldə edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi formasını;

3.1.3. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, operatorun reyestrə daxil edilməsi üçün tələb olunan məlumatların təqdim edilməsi formasını;

3.1.4. həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, kraudfandinq platformasına dair texniki, təhlükəsizlik və funksionallıq tələblərini;

3.1.5. həmin Qanunun 10.1.1-ci, 13.1-ci, 13.2-ci və 16.6-cı maddələrinə uyğun olaraq, kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitinin, fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləğini, habelə kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddini;

3.1.6. həmin Qanunun 18.2.8-ci maddəsinə uyğun olaraq, operator tərəfindən investorların və layihə sahiblərinin şikayətlərinə baxılmasına dair tələbləri;

3.1.7. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, maliyyə hesabatları istisna olmaqla, operator tərəfindən təqdim edilən hesabatların formasını, məzmununu və təqdim edilməsi qaydasını;

3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Bu Fərmanın 1-ci hissəsi "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!