23 Aprel 2026 12:03
198
SİYASƏT
A- A+
Komitə sədri: Bu gün regionlarımız yüksək investisiya cəlbediciliyi ilə seçilir  

Komitə sədri: Bu gün regionlarımız yüksək investisiya cəlbediciliyi ilə seçilir  


Bu gün regionlarımız bir çox postsovet məkanlarının paytaxtları ilə müqayisədə daha gözəl, daha səmərəli və geniş infrastruktura malik olmaqla yanaşı, həm də yüksək investisiya cəlbediciliyi ilə seçilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə keçirilən “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O, Ulu Öndərin regionlara səfərlərindən bəhs edib, ölkəmizin hərtərəfli inkişafı üçün gördüyü işlərdən danışıb: “Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gələndə Bakı şəhərinin əhalisinin cəmi 39 faizi azərbaycanlı idi. Böyük hissəsi digər millətlərdən ibarət idi. Bu 39 faiz də demək olar ki, Bakının kəndlərində yerləşirdi. Bakının inkişafında da məhz Ümummilli Liderin o vaxt atdığı addımlar, müxtəlif göndərişlərlə tələbələrin cəlb olunması mühüm rol oynadı”.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın regionlarının inkişafı daha da sürətlənib. Onun bölgələrə mütəmadi səfərləri, həyata keçirilən genişmiqyaslı quruculuq və tikinti işləri nəticəsində şəhər və kəndlər arasındakı fərq demək olar ki, aradan qaldırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

16:25
23 Aprel

Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

16:25
23 Aprel

Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb

16:24
23 Aprel

ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

16:23
23 Aprel

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

16:22
23 Aprel

Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib

16:21
23 Aprel

Hörmüz boğazında artan gərginlik səbəbindən neftin qiyməti yenidən 100 dolları ötüb

15:56
23 Aprel

Astanada AQEM regionunda iqlim və dayanıqlı inkişaf məsələlərinə dair sessiya keçirilir  

15:03
23 Aprel

Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

14:56
23 Aprel

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

14:41
23 Aprel

Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir 

14:39
23 Aprel

Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib YENİLƏNİB

14:36
23 Aprel

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

14:19
23 Aprel

Zelenski: Yaxın Şərq ölkələri ilə üç əsas təhlükəsizlik sənədi imzaladıq

14:12
23 Aprel

Avropa İttifaqı ölkələrində əhalinin azalacağı proqnozlaşdırılır  

13:32
23 Aprel

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

13:19
23 Aprel

Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib

13:13
23 Aprel

Azərbaycan Prezidenti: Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

13:03
23 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir  

12:58
23 Aprel

TDT ölkələri ekologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəlib

12:58
23 Aprel

Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir  

12:56
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!