23 Aprel 2026 14:12
201
DÜNYA
A- A+
Zelenski: Yaxın Şərq ölkələri ilə üç əsas təhlükəsizlik sənədi imzaladıq

Zelenski: Yaxın Şərq ölkələri ilə üç əsas təhlükəsizlik sənədi imzaladıq


Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı günü Kiyevin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə üç əsas təhlükəsizlik sənədi imzaladığını bildirib. O, bu sənədləri “dron müqaviləsi” adlandırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Zelenski “Telegram” kanalında yazıb: “Yaxın Şərq ölkələri - Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə üç əsas təhlükəsizlik sənədi - “dron müqaviləsi” imzaladıq. Bu sənədlərin icrası Ukraynanın həm özəl, həm də dövlət sektorları ilə bir sıra müxtəlif müqavilələr əsasında həyata keçiriləcək”.

Onun sözlərinə görə, müqavilənin xüsusiyyətlərindən biri ucuz başa gələn dronlar və onların istehsalı üçün birgə istehsal xətləridir.

Ukrayna Prezidenti vurğulayıb: “Şahed” dronunun qiyməti 80 min dollardan 130 min dollara qədər ola bilər. O, 3-4 milyon dollar dəyərində raketin deyil, 10 min dollar dəyərində tutucu aparatın köməyi ilə məhv ediləcək. Biz onların özlərini müdafiə etmələrinə kömək etmək istəyirik. Digər ölkələrlə də bu cür tərəfdaşlıqlar qurmağa davam edəcəyik”.

Zelenski, həmçinin Ukraynanın dron istehsalı təcrübəsini ABŞ ilə bölüşmək istədiyini bildirib.

Ukrayna münaqişəsinin həllinə toxunan Zelenski Rusiya ilə təmas xəttində beynəlxalq qüvvələrin yerləşdirilməsində israrlı olduğunu bildirib.

Yaxın Şərqdə atəşkəs barədə sualı cavablandıran dövlət başçısı Ukraynanın onu dəstəklədiyini deyib. Amma o əlavə edib ki, Kiyevin Rusiyanın bundan faydalana biləcəyi ilə bağlı narahatlıqları var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

16:25
23 Aprel

Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

16:25
23 Aprel

Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb

16:24
23 Aprel

ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

16:23
23 Aprel

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

16:22
23 Aprel

Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib

16:21
23 Aprel

Hörmüz boğazında artan gərginlik səbəbindən neftin qiyməti yenidən 100 dolları ötüb

15:56
23 Aprel

Astanada AQEM regionunda iqlim və dayanıqlı inkişaf məsələlərinə dair sessiya keçirilir  

15:03
23 Aprel

Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

14:56
23 Aprel

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

14:41
23 Aprel

Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir 

14:39
23 Aprel

Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib YENİLƏNİB

14:36
23 Aprel

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

14:19
23 Aprel

Zelenski: Yaxın Şərq ölkələri ilə üç əsas təhlükəsizlik sənədi imzaladıq

14:12
23 Aprel

Avropa İttifaqı ölkələrində əhalinin azalacağı proqnozlaşdırılır  

13:32
23 Aprel

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

13:19
23 Aprel

Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib

13:13
23 Aprel

Azərbaycan Prezidenti: Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

13:03
23 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir  

12:58
23 Aprel

TDT ölkələri ekologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəlib

12:58
23 Aprel

Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir  

12:56
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!