15 Mart 2025 09:05
649
DÜNYA
A- A+
Kişilər hələ də üstünlük təşkil edir

Kişilər hələ də üstünlük təşkil edir


Hakimiyyətdə - icraedici və qanunverici vəzifələrdə olan kişilərin sayı qadınların sayından 3 dəfədən artıqdır. Bu barədə Parlamentlərarası İttifaqı (PAİ) və "BMT - Qadınlar" strukturu məlumat verir. Ekspertlərin fikrincə, bu, siyasi sahədə gender bərabərliyinə nail olmaqda məhdud irəliləyişə görədir.

Yenicə açıqlanan "Qadınlar Siyasətdə 2025" hesabatına əsasən, dünya üzrə parlamentlərdə qadınların nisbəti keçən illə müqayisədə cəmi 0,3 faiz bəndi artaraq 27,2 faizə çatıb.

Amerika qitəsində qadın parlament üzvlərinin (34,5 faiz) və parlamentin qadın spikerlərinin (33,3 faiz) ən yüksək nisbəti var. Onların ən az sayı Yaxın Şərq və Şimali Afrikadadır (16,7 faiz).


Maneələri aradan qaldırmağın vaxtıdır


PAİ prezidenti Tulia Akson qadınların qanunvericilik orqanlarında təmsil olunması baxımından irəliləyişin son dərəcə yavaş templə getməsindən narahatlığını ifadə edib: "Qlobal bərabərsizlik dünyanın bəzi yerlərində siyasətdə gender bərabərliyinin inkişaf etdirilməsinin sistemli uğursuzluğundan xəbər verir. İndi maneələri aradan qaldırmaq və bütün dünyada siyasətdə qadınların bərabər şəkildə təmsil olunmasını təmin etmək üçün qətiyyətli hərəkətlər etməyin vaxtıdır. Demokratiyamızın sağlamlığı bundan asılıdır".

İttifaqın baş katibi Martin Çunqonqubun dediyinə görə, siyasi liderlikdə gender bərabərliyi istiqamətində irəliləyişin olmaması hərəkətə keçmə çağırışını zəruri edir. Tərəqqinin sürətləndirilməsi kişilərin fəal iştirakından və dəstəyindən asılıdır: "Maneələri aradan qaldırmaq və qadınların rəhbər vəzifələrdə bərabər təmsilçiliyini təmin etmək, hamı üçün daha inklüziv və davamlı demokratiyaları təşviq etmək bizim kollektiv məsuliyyətimizdir".


Qadının ölkə lideri olması qayda deyil, istisnadır


Dünyanın cəmi 25 ölkəsində ən yüksək dövlət vəzifələrində qadınlar çalışırlar. Avropa qadınların rəhbərlik etdiyi ən çox ölkənin (12) olduğu region kimi qalır.

2024-cü ildə tarixi hadisələr baş verib: Meksika, Namibiya və Şimali Makedoniya ilk dəfə qadın prezidentlərini seçib. 106 ölkədə hələ də qadın lider yoxdur.


Nazirlər arasında qadınların təmsilçiliyi getdikcə azalır


2025-ci il yanvarın 1-nə nazirliklərə rəhbərlik edən qadınların xüsusi çəkisi bir il əvvəl 22,9 faizə düşüb. Ötən il bu rəqəm 23,3 faiz təşkil edib. 

64 ölkədə nazir vəzifələrində qadınların sayı azalıb, 63 ölkədə durğunluq müşahidə olunub, 62 ölkədə isə ötən illə müqayisədə bu rəqəm artıb.

Yalnız doqquz ölkə, əsasən Avropada, nazirlər kabinetlərində vəzifələrdə gender bərabərliyinə nail olunub. Bunlar Nikaraqua (qadın nazirlərin 64,3 faizi), Finlandiya (61,1 faiz), İslandiya və Lixtenşteyn (hər biri 60 faiz), Estoniya (58,3 faiz), Andorra, Çili, İspaniya və Böyük Britaniyadır (hər biri 50 faiz). Bu rəqəm 15 ölkədə nazirlər kabinetlərində gender bərabərliyinin qeydə alındığı 2024-cü ildən aşağıdır.

Digər 20 ölkədə qadınların nazirlər arasında təmsil olunması 40 faizdən 49,9 faizə qədərdir. Özü də bu ölkələrin yarısı Avropadadır. Əsasən, Asiya-Sakit okean regionunda olan doqquz ölkənin nazirlər kabinetlərində qadın yoxdur. 2024-cü ildə yeddi belə ölkə olub.

Mərkəzi və Cənubi Asiya ölkələrində də qadınların nazir postunda təmsil olunması çox aşağıdır - cəmi 9 faiz.


Nazir portfellərinin bölüşdürülməsində gender qərəzliliyi


Ekspertlər nazir portfellərinin bölüşdürülməsində davamlı gender qərəzliliyini də qeyd edirlər. Qadınların əsasən gender bərabərliyi, insan hüquqları və sosial məsələlərlə məşğul olan nazirliklərə rəhbər təyin edilməsi davam edir. Mədəniyyət (nazirlərin 35,4 faizi), təhsil (30,6 faiz) və turizm (30,5 faiz) kimi sahələrdə qadın liderlərin sayı artır.

Xarici siyasət, maliyyə və fiskal siyasət, daxili işlər və müdafiə kimi ən təsirli sahələr kişilərin dominantlığı altında qalır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa anbarlarında qaz ehtiyatları 69,75 faizə düşüb  

11:47
16 Dekabr

Prezident İlham Əliyev: Respublikamızın dinamik sosial-iqtisadi inkişafı həmkarlar ittifaqlarının qarşısında strateji vəzifələr qoyur  

11:47
16 Dekabr

Səadət Qəhrəmanova: 18 yaşı tamam olmayan şəxslərin nikaha daxil edilməsinin qarşısı qanunla tam şəkildə alınır  

11:45
16 Dekabr

On bir ayda 532 min 700 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

11:43
16 Dekabr

Prezident: Azərbaycan dövləti həmkarlar ittifaqlarının sərbəst fəaliyyət hüququnu qanunvericilik çərçivəsində tam təmin edir  

11:37
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:36
16 Dekabr

Ötən gün 40 cinayətin açılması təmin olunub

11:35
16 Dekabr

Azərbaycan Prezidenti: Bəhreyndə səfirliyimizin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir  

11:34
16 Dekabr

Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə  

11:32
16 Dekabr

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs ifşa olunub 

11:31
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına  

11:29
16 Dekabr

Tramp BBC korporasiyasına qarşı 5 milyard dollarlıq iddia qaldırıb  

11:24
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

11:07
16 Dekabr

Mahruzluda işlərin 70 faizi bitib  

10:51
16 Dekabr

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub  

10:37
16 Dekabr

Amerikalı ekspert: Konqresdə Azərbaycanla bağlı qanunun qəbulu münasibətlərin normallaşdırılmasında daha bir addım olacaq  

10:37
16 Dekabr

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!