16 Dekabr 2025 17:29
187
İQTİSADİYYAT
A- A+
Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  


Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakültəsinin dekan müavini, “Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü Günel Əmiri katib seçilib.

Sonra İctimai Şura üzvlərinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə görüşü olub.

Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov yeni formalaşmış İctimai Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir, İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.

Qeyd olunub ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların istehsalı və ixracının artırılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqi, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair layihələrin dəstəklənməsi, fermerlərin rifah halının yaxşılaşdırılması nazirliyin qarşısında duran əsas vəzifələrdir və bu istiqamətlərdə davamlı işlər görülür. Vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətlər üzrə ictimai iştirakçılıq fəaliyyətini gücləndirməsi, maarifləndirmə işində fəal iştirak etməsi vacib amillərdən biridir.

Nazir Məcnun Məmmədov İctimai Şuraya seçilən üzvlərin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

İctimai Şuranın sədri Mürvət Həsənli müxtəlif Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və İctimai Şura tərəfindən bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planının hazırlanacağını vurğulayıb. Görüşdə İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!