20 Yanvar 2026 12:56
350
SİYASƏT
A- A+
İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  


20 Yanvar hadisələrini xatırlayanda gözlərim önündə bir tarix və ya köhnə kadrlar deyil, həmin günlərdə Bakıda itirdiyimiz dostlarımızın, qonşularımızın, birlikdə yaşadığımız insanların simaları canlanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.

Onun sözlərinə görə, 1990-cı ilin yanvar günləri Bakıda yaşayan hər kəs üçün ağır bir sarsıntı olub: “Biz o günləri şəhərdə yaşadıq, hər şeyi öz gözlərimizlə gördük. Qorxu, çaşqınlıq, ağrı və insanları qoruya bilməyən mərkəzi hakimiyyətin acizliyi. Elə həmin vaxt dərk etdik ki, SSRİ deyilən böyük bir dövlət dağılır”.

Azərbaycanla bağlarını heç vaxt qırmadığını diqqətə çatdıran Y.Boçarov əlavə edib: “Biz Bakı ilə əlaqəmizi heç vaxt itirmədik. Bu, rəsmi yox, dərin insani və mənəvi bağ idi. O günlərdə Bakı sakinlərinin necə birləşdiyini, milli və dini fərqlərə baxmayaraq bir-birinə dayaq olduğunu gördük. Əsl Bakı məhz bu idi və bu gün də elədir”.

Politoloq bildirib ki, 20 Yanvar onun yaddaşında həmişə hüzn günü olaraq qalacaq: “Biz o gün həlak olanların hamısını xatırlayırıq. Bu tarix ürəyimizdə həmişə yas günü kimi yaşayacaq”. Eyni zamanda, o qeyd edib ki, bu ağır xatirələr içində ümid və qürur hissi də var: “Bu gün təsəlli verən odur ki, Azərbaycan bu sınaqlardan keçə bildi, gücləndi və milli liderlərinin rəhbərliyi ilə müstəqil, güclü bir dövlətə çevrildi. Bu gün Azərbaycan təkcə regionda deyil, dünyada da söz sahibi olan ölkədir”.

Yuri Boçarov əlavə edib ki, bu gün İsraildə yaşasalar da, Azərbaycanla mənəvi bağları dəyişməyib: “Biz Azərbaycanı və Bakını tolerantlıq, insanlıq və qarşılıqlı hörmət mədəniyyətinə görə sevirik. 20 Yanvar xatirəsi bizim üçün təkcə itki ağrısı deyil, həm də insan ləyaqətinin, həmrəyliyin və doğru tarixi seçimin qiymətini xatırladan bir gündür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

15:00
16 Fevral

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb  

14:49
16 Fevral

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

14:36
16 Fevral

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

14:19
16 Fevral

Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb – YENİLƏNİB 

14:01
16 Fevral

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!