18 Aprel 2025 12:36
546
SİYASƏT
A- A+
İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi ümummilli məqsədimiz və vəzifəmizdir  

İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi ümummilli məqsədimiz və vəzifəmizdir  

 

“Bu gün Azərbaycan xalqı  olaraq əsas missiyamız işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. Artıq o torpaqlara həyat qayıdır. Bir neçə il öncə Zəngilanın Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Bundan sonra digər bir sıra yaşayış məntəqələrinə də qayıdış reallaşdırılıb.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və quruculuq işlərini də qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən dövrdə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunması üçün güclü siyasi iradə nümayiş etdirir.

Millət vəkilinin sözlərinə görə, hazırda Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Azərbaycan bu işləri kənardan heç bir yardım olmadan, öz gücü ilə həyata keçirir. Hər il bu məqsədlə milyardlarla manat vəsait ayrılır. 

“İşğaldan azad edilmiş ərazilərimizin dirçəlişi  hər birimizin ümummilli məqsədimiz və vəzifəmizdir. “Böyük Qayıdış” məqsədimizə daha tez nail olmaq üçün güclərimizi birləşdirmək, görülən işlərə dəstək vermək olduqca önəmlidir. Dünya təcrübəsi də göstərir ki, postmüharibə dövründə yenidənqurma işlərinin daha tez və effektiv formada aparılması yalnız birlik və həmrəylik nəticəsində mümkündür.  Mən bu prosesdə Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək istəyirəm. Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə dini, tarixi və mədəni abidələrin bərpasında və yenidən qurulmasında çox yaxından iştirak edir. Bu gün Şuşada, Ağdamda və digər ərazilərdə görülən işlər də buna əyani sübutdur. Bununla yanaşı, dövlətimizin başçısının Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu da işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə öz töhfələrini verməkdədir. Qarabağ Dirçəliş Fondu yarandığı vaxtdan indiyə qədər bir sıra önəmli layihələr, təqdimatlar həyata keçirib. Biz qəti əminik ki, Azərbaycan dövləti və xalqı işğalçı erməni vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağ və Şərqi Zəngəzur yenidən Vətənimizin ən inkişaf etmiş dilbər guşələrindən birinə çevriləcək”,-deyə Fatma Yıldırım vurğulayıb.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!