14 İyul 2024 08:30
596
SİYASƏT
A- A+
İntibaha gedən yolun təməli

İntibaha gedən yolun təməli

 

1969-cu il iyulun 14-ü Azərbaycan xalqının tarixində əlamətdar gündür. Məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Əgər 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycanın Qurtuluş Günü kimi tariximizi şərəfləndirdisə, 14 iyul 1969-cu il xalqımızın intibaha gedən başlanğıc günü kimi nicatımız oldu. Çünki müstəqilliyimizin siyasi və iqtisadi əsasları məhz bu tarixdən qoyulmuşdu. Eyni zamanda həmin dövrdə Heydər Əliyevin gəlişi ilə Azərbaycanda ictimai həyatın bütün sahələrində sürətli yüksəliş, milli özünüdərkin formalaşması dövrü başlanmışdı.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə xüsusi yer tutur. Bu böyük şəxsiyyətin fəaliyyəti öz əhəmiyyətinə görə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dərin təfəkkürə, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik böyük siyasətçi kimi tanınan Heydər Əliyevin adı müasir Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, milli kimliyin formalaşması və siyasi sabitliyin bərqərar olması ilə bağlıdır. 
1969-cu ildə Heydər Əliyevin sovet Azərbaycanının rəhbərliyinə gəlməsi birmənalı şəkildə müstəqilliyimizə gedən yolun başlanğıcı oldu. Məqsədli şəkildə yabançılaşdırılan məmləkətimizdə sürətli şəkildə milliləşmə prosesi başlandı. Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, ziyalılarımızın, mütərəqqi aydınlarımızın repressiya və təqibdən qorunması, gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilməsi, 1971-ci ildə ölkəmizdə Cəmşid Naxçıvanski adına  Hərbi Liseyin yaradılması Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindəndir. Bütün bu və digər proseslər onun milli dirçəliş ideologiyasına əsaslanan siyasi fəaliyyətində öz əksini tapırdı. 
Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində milliləşmə xüsusi və mühüm yer tutur. Azərbaycan xalqının dahi oğlu ötən əsrin 1960-cı illərinin sonlarında ölkəyə rəhbərlik etdiyi ilk günlərdən milliləşmə prosesini fəaliyyətinin prioriteti seçmişdi. Ulu Öndər xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli mentalitetinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdi. Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təşkilatçılıq bacarığı respublikada mövcud problemlərin həllində ona  kömək etmişdi.
Bu dövrdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət dəstəyinin artırılması, infrastrukturun yenilənməsi qısa müddət ərzində mühüm nailiyyətlərin əldə olunmasına zəmin yaratdı. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində olduğu 1969-1982-ci illərdə 250 yeni müəssisə yaradıldı ki, bu da milyonlarla yeni iş yerinin açılması deməkdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra respublikanın inkişaf tempi xeyli sürətləndi, bütün səviyyələrdə qeyri-peşəkarlığa qarşı mübarizəyə başlanıldı. 
Böyük zəhmətlər bahasına Ulu Öndər  öz islahatlarını aparmağa və Azərbaycanı keçmiş Sovet İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirməyə nail oldu.
1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdanda da Ulu Öndər ölkənin ictimai-siyasi həyatına sabitlik gətirdi, bütün sahələrdə müşahidə olunan durğunluğa son qoydu. 
Hazırda Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, xarici iqtisadi əlaqələrinin sistemli şəkildə genişləndirilməsi və dünya iqtisadiyyatına daha dərindən inteqrasiya prosesi, mədəniyyət, elm və digər sahələrdə müşahidə olunan böyük inkişaf 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. 
Məhz bu baxımdan 14 iyul 1969-cu il intibahımızın, müstəqilliyimizin doğulduğu gündür. Bu gün müstəqil, regionun söz sahibi, dünyanın hesablaşdığı bütöv, qüdrətli Azərbaycan dövlətinə görə hər birimiz xalqımızın əziz övladı Heydər Əliyevə borcluyuq və onun bizə miras qoyduğu strategiyası inkişaf, tərəqqi yolumuzdur.

Rəşad MAHMUDOV,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!