30 İyun 2026 12:18
144
CƏMİYYƏT
A- A+
İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  


Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş şəxslərin axtarışında genetik identifikasiya tədbirləri 2022-ci ildən etibarən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi (HTBİ) tərəfindən aparılır. İdarənin Genetik Araşdırmalar Mərkəzinin laboratoriyası dövlət maliyyələşməsi hesabına dünya standartlarına uyğun, müasir texnoloji avadanlıq və cihazlarla təchiz edilib.

AZƏRTAC xəbər verir ki, bunu HTBİ-nin rəisi, tibb xidməti general mayoru Rüfət Əliyev iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının müasir texnoloji imkanlara malik olmasına baxmayaraq, genetik-mütəxəssislərin hazırlığı və axtarış-sorğu tədbirlərində tətbiq edilən metodların düzgün seçilməsi və iş prosesində yeni metodların axtarılması kimi amillər genetik-identifikasiya tədbirlərinin səmərəliliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edir.

"Nəzərə alınmalıdır ki, münaqişədən uzun müddət keçib və aşkar edilmiş məzarlıqlardan götürülmüş sümük nümunələri xüsusilə ətraf mühit faktorları nəticəsində ciddi şəkildə deqradasiyaya məruz qalıb. DNT-nin fraqmentasiyası və kimyəvi zədələnmələr genetik profillərin əldə olunmasına ciddi maneələr yaradır. Mütəxəssislər tərəfindən gücləndirilmiş protokolların və digər metodların tətbiq edilməsi sayəsində məhkəmə-tibbi ekspertiza mərhələsində çətin genetik tapşırıqları yerinə yetirmək mümkün olub. Hazırda Genetik Araşdırmalar Mərkəzində CLİMS kompleks iş və idarəetmə proqramından istifadə olunur. Proqram bioloji materialların qəbulundan yekun rəyin verilənədək olan iş prosesini beynəlxalq ISO 17025 standartlarına uyğun idarə edən, mürəkkəb DNT profillərini analiz edərək DNT Məlumat Bankı ilə inteqrasiya rejimində və yüksək kibertəhlükəsizlik arxitekturasında rəqəmsallaşdıran kompleks proqram təminatıdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və digər aidiyyəti dövlət qurumlarının da inteqrasiya olunduğu BSC (Biological Sample Collection) əməliyyat sistemi də laboratoriyanın proqram təminatına daxildir. 2024-сü ilin may ayında laboratoriya Beynəlxalq Məhkəmə Genetika Cəmiyyətinin təşkilatçılığı ilə Oslo Universitetinin Məhkəmə Ekspertizası Departamenti və İsveçin Milli Məhkəmə Ekspertizası Qurumu tərəfindən qiymətləndirmədən müvəffəqiyyətlə keçib və sertifikatla təmin olunub. Həmin ilin oktyabr ayında isə Beynəlxalq Standartlaşdırma Təşkilatının Milli Akkreditasiya Mərkəzi tərəfindən ISO/IEC 17025:2017 standartına uyğun olaraq akkreditasiya olunmuş və sertifikatlaşdırılıb. 2025-сi ildə isə laboratoriyada həmin qurum tərəfindən növbəti nəzarət auditi həyata keçirilib. Laboratoriyanın bioloji materialların idarə edilməsində beynəlxalq keyfiyyət standartlarına tam uyğunluğunu təmin etmək məqsədilə ISO 20387 standartının tətbiqi və akkreditasiyası üzrə bütün hazırlıq mərhələləri uğurla tamamlanıb", - deyə R. Əliyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir 

12:58
30 İyun

Ötən gün 51 cinayətin açılması təmin olunub

12:48
30 İyun

Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir  

12:43
30 İyun

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

12:39
30 İyun

Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

12:31
30 İyun

Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib  

12:28
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

12:18
30 İyun

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

12:18
30 İyun

Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir  

12:12
30 İyun

2030-cu ilədək kənd təsərrüfatı üzrə Dövlət Proqramına ayrılacaq vəsait açıqlanıb

12:04
30 İyun

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı  

12:01
30 İyun

Nazir: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir  

11:57
30 İyun

AZAL bir sıra istiqamətlər üzrə aviareyslərin sayını artırır

11:53
30 İyun

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir  

11:51
30 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

11:49
30 İyun

Çingiz Hüseynzadə: Olimpiya Gününü veteran olimpiyaçılara həsr etmişik  

11:46
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!