15 Fevral 2025 15:45
523
SİYASƏT
A- A+
“Humanitar terrorçu”  

“Humanitar terrorçu”  


USAİD-in əsl “fəaliyyət”i dünya ictimaiyyətinə bəlli oldu


Humanitar dəstək adı altında yaradılan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi – USAID-in əsl “fəaliyyət”i dünya ictimaiyyətinə bəlli olduqca, yəni gizli qalan məqamlar ortaya çıxdıqca hər kəsdə heyrət doğurur. 

Sən demə bu təşkilat müxtəlif ölkələrdə “humanitar yardım” adı atıda qarşıdurmaların yaradılmasına, dövlət əleyhinə kampaniyaların təşkilinə, müxtəlif lobbiçilik fəaliyyətlərinin inkişafına, terror təşkilatlarına külli miqdarda vəsaitlər ayırıb. Dünyada təsir imkanları olan media və QHT-lərin qanunsuz maliyyələşdirilməsi də USAID-in başlıca istiqamətlərindən olub. Təşkilat bununla müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla öz məqsədinə uyğun ictimai rəy formalaşdırmağa çalışıb. 

USAID formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır, desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib. 

Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

Bu təşkilatın fəliyyətinin müvəqqəti olaraq dayandırılması, Samanta Pouer kimi fiqurların təşkilatın rəhbərliyindən uzaqlaşdırılması Amerikanın dövlət mənafeyinin çərçivələrində atılmış addım olaraq diqqəti cəlb edir. Eyni zamanda Amerikanın müxtəlif ölkələrlə münasibətində bu təşkilatın oynadığı ziyanlı rolu müəyyən qədər sığortalamaq və dayandırmaq gedişi kimi qəbul oluna bilər. USAID-in fəaliyyəti bərpa olunduqdan sonra onun yeni dövrdə fəaliyyətinin necə olacağı düşündürücüdür. Azərbaycan heç vaxt beynəlxalq və donor təşkilatlarla əməkdaşlıqdan qaçmayıb, amma donor təşkilatları təmsil etdikləri ölkənin mənafeləri ilə barəbər, gəldikləri ölkənin milli-mənəvi dəyərlərinə, eyni zamanda inkişaf modellərinə hörmətlə yanaşmağı öyrənməlidirlər.

 USAID-in ötən il müxtəlif ölkələrdə media orqanlarına ayırdığı vəsaitin məbləği də təşkilatın riyakar məqsədini bir daha aydın göstərir. USAID-in ötən il müxtəlif ölkələrdə media orqanlarına ayırdığı vəsaitin məbləği də təşkilatın məqsədini bir daha aydın göstərir. Məlumata əsasən, 2024-cü ildə  təşkilata “humanitar” məqsədli layihələr üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Təsisatın müxtəlif adlar altında pul ayırdığı proqramlar arasında nüfuzlu media quurmlarını maliyyələşdirilməsi diqqəti cəlb edir. Belə ki, təşkilata ayrılan məbləğdən USAİD-in “The New York Times”a 3,1 milyon dollar, “Politico”ya 8 milyon dollar, “Associated Press”ə 19 milyon dollar, BBC-yə 2,6 milyon funt sterlinq, “Reuters”ə 9 milyon dollar, “Frans-Press”ə 447 min dollar ayırdığı məlum olub. Təbii ki, məqsəd müxtəlif ölkələr əleyhinə qarayaxma kampaniyalarının aparılması, sifarişli yazıların yayımlanması, milli hökumətlərə təzyiqləri artırmaq olub.  USAID bu yolla dünyanın müxtəlif yerlərində 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalisti maliyyələşdirilib. 

ABŞ-ın sabiq prezidenti Co Baydenin dövründə ermənipərəst Samanta Payerin rəhbərliyi ilə anti-Azərbaycan yanaşması ilə fəallaşan USAID Ermənistana beş illik yardım paketini iki dəfədən çox artırması və digər layihələri ilə ölkəmizdəki nüfuzunu ciddi şəkildə zədələmişdi. 

2023-cü il antiterror tədbirlərindən sonra əməkdaşlığı daha da artıran tərəflər, Samanta Pauerin səfərləri fonunda UASID İrəvana ciddi maliyyə və siyasi dəstək verirdi. Bu da təşkilata qarşı ölkəmizdə ictimai qəzəbi artırdı və fəaliyyətinin dayandırlmasına ciddi zərurət yaratdı. Bütün bunlar isə regiondakı siyasi ab-havaya mənfi təsir edib, Azərbaycan-Ermənistan sülh müzakirələrinə zərbə vurub. Həmçinin  USAİD Rusiyanın böyük təsirə malik olduğu Gürcüstan və Ermənistanda müxalifətyönümlü medianı, QHT-ləri maliyyələşdirərək inqilablarla ABŞ-ın maraqlarını təmin etməyə çalışıb.

USAID-in Azərbaycanın legitim maraqlarına uyğun olmayan fəaliyyəti nəzərə alınaraq təşkilatın ölkəmizdəki fəaliyyəti ötən ilin iyul ayından dayandırılıb. Fəaliyyətinin dayandırılmaması üçün USAID çox çalışsa da, bu, mümkün olmayıb. Görünür ki, Azərbaycan yenə zamanında və doğru qərar verib.


R.BAXŞƏLİYEV,

“Azərbaycan” 



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:36
18 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:34
18 Aprel

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:34
18 Aprel

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:33
18 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

02:31
18 Aprel

“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
18 Aprel

“Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:28
18 Aprel

Premyer Liqa: “Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

22:03
17 Aprel

Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib 

21:42
17 Aprel

Levan Jorjoliani: Cənubi Qafqaz ölkələrinin ortaq baxışı xalqlarımızın daha firavan yaşayacağına qəti inam yaradır  

21:36
17 Aprel

BMT-nin Baş katibi İranın Hörmüz boğazını açmasını alqışlayıb

21:23
17 Aprel

Prezidentin köməkçisi: Azərbaycan çoxşaxəli geosiyasi kimliyə malik ölkədir  

21:11
17 Aprel

Hikmət Hacıyev: Qlobal logistika zəncirlərinin pozulması Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi  

20:54
17 Aprel

TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının sədri ilə görüşüb  

20:46
17 Aprel

XİN rəhbərinin müavini: Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir

20:46
17 Aprel

Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib

20:44
17 Aprel

İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

20:21
17 Aprel

PAİ Assambleyasında Azərbaycan-Venesuela əməkdaşlığından məmnunluq bildirilib  

20:19
17 Aprel

İtaliyada vətəndaşlıq hüququ ilə bağlı araşdırmalar davam edir 

20:13
17 Aprel

Hikmət Hacıyev: Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir  

20:12
17 Aprel

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

20:02
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!