12 Dekabr 2025 13:16
356
SİYASƏT
A- A+
Heydər Əliyev irsi Azərbaycan xalqının qiymətli sərvətidir  

Heydər Əliyev irsi Azərbaycan xalqının qiymətli sərvətidir  


Bu gün Azərbaycan xalqı dünya miqyasında tanınmış nadir siyasi xadim, müasir dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevin anım gününü dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Xalqımızın taleyində həlledici rol oynamış Heydər Əliyev şəxsiyyəti təkcə müəyyən tarixi dövrün deyil, bütün zamanların lideri, Azərbaycan dövlətçiliyinin və milli ideologiyasının banisi kimi yaddaşlarda yaşayır.

Azərbaycanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyi uğrunda misilsiz xidmətləri ilə seçilən Heydər Əliyev bütün həyatını xalqına, dövlətinə həsr etmiş böyük şəxsiyyətdir. Onun siyasi iradəsi, qətiyyəti və liderlik məharəti nəticəsində bir neçə dəfə Azərbaycan tarix səhnəsində yenidən doğulmuşdur. XX əsrin sonlarında Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalqın tək ümidi Heydər Əliyev oldu. Ulu Öndər həm daxili siyasi sabitliyi bərpa etdi, həm də dövlətçiliyimizi parçalaya biləcək təhdidlərin qarşısını aldı. Məhz onun müdrikliyi sayəsində Azərbaycan tənəzzüldən inkişaf mərhələsinə yüksəldi. Bu gün biz böyük fəxarətlə deyə bilərik ki, Azərbaycan müasir tarixi ən ağır sınaqları Heydər Əliyev dühası hesabına uğurla adladı.

Bu gün Azərbaycan dövlətinin sabit və güclü olmasının başlıca səbəbi məhz Ulu Öndərin yaratdığı möhkəm siyasi idarəçilik sistemi, milli həmrəyliyi təmin edən ideoloji xətt və strateji inkişaf modelidir. Heydər Əliyevin siyasi irsinin ən əsas özəlliyi ondadır ki, bu irs zamanla daha da aktuallaşır. Regional və qlobal miqyasda baş verən mürəkkəb proseslər fonunda Azərbaycanın prinsipial mövqeyinin qorunması, milli maraqlarının təmin olunması və dövlətin suveren siyasət aparmaq gücü Heydər Əliyev məktəbinin gücünü açıq şəkildə nümayiş etdirir.

Bu siyasət bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək mərhələyə çatdırılmışdır. Azərbaycanın regiondakı liderliyi, işğaldan azad olunmuş torpaqlarda aparılan geniş quruculuq işləri, yeni geosiyasi reallıqların formalaşması Heydər Əliyev siyasətinin parlaq nəticələridir.

Heydər Əliyevin siyasi fəlsəfəsində xalq amili hər şeydən üstün tutulurdu. Bu məntiq dövlət idarəçiliyinin əsas fəlsəfəsinə çevrildi və bu gün də Azərbaycan cəmiyyətində etimadın, həmrəyliyin və birlik ruhunun təməl daşını təşkil edir. Ulu Öndərin insan amilinə yönəlik yanaşması, sosial siyasətdə ədalət prinsipini əsas tutması dövlət siyasətinin bünövrə elementidir. Regionların inkişafından sosial rifah layihələrinə qədər bütün istiqamətlərdə Heydər Əliyev ideyaları yaşayır və uğurla icra olunur. 

Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz sözü və imzası olan, regional sabitlik və əməkdaşlıq proseslərində aparıcı rol oynayan qüdrətli dövlətdir. Azərbaycan artıq təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən beynəlxalq enerji, nəqliyyat və logistika layihələri ölkəmizi regional sabitliyin əsas dayağına çevirib. Bakı dünyanın siyasi, iqtisadi və mədəni platformalarının mərkəzinə çevrilib, bir çox qlobal təşəbbüslərin reallaşmasında aparıcı rol oynayır.

Ən önəmlisi isə, Azərbaycan öz suverenliyini tam bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş qalib dövlətdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi ədaləti bərpa etmiş, uzun illər işğal altında qalan torpaqlarımız azad olunmuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, Böyük Qayıdış mərhələsi başlayıb.

Ulu Öndərin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” fikri dövlət ideologiyasının əsas dayağı kimi hər bir azərbaycanlının qəlbində yaşayır. Xalqımız bu çağırışı böyük məsuliyyət və qürur hissi ilə qoruyur, gələcək nəsillərə ötürür.

Bu anım günündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edərək bir daha vurğulamaq istərdim ki, onun yaratdığı siyasi, mənəvi və dövlətçilik irsi Azərbaycan xalqının ən qiymətli sərvətidir. Bu irs bu gün bizi daha güclü, daha birləşmiş, daha qətiyyətli edir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:25
24 Yanvar

Rusiya-Ukrayna: savaş masaya keçir?

09:20
24 Yanvar

İctimai xadim, yazıçı və pedaqoq

09:15
24 Yanvar

Elmdə iz qoyan alim 

09:10
24 Yanvar

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!