24 Yanvar 2026 18:47
767
CƏMİYYƏT
A- A+
“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 


Doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bu sahə daim diqqətdə saxlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər şəhərində məskunlaşan və artıq işlə təmin olunan sakinlərdən biri də Hüsaməddin İbrahimovdur. O, 32 il əvvəl gənc bir yeniyetmə kimi tərk etdiyi Kəlbəcərə indi ailə başçısı kimi qayıdıb.

Hüsaməddin İbrahimov doğma torpaqda yaşamağın, işləməyin gözəl olduğunu bildirir: “Kəlbəcəri tərk edəndə 17 yaşım var idi. Bakıda məskunlaşmışdıq. Hazırda Kəlbəcər şəhərində yaşayıram. Doğma torpağımızda yaşamaq bizim üçün çox gözəldir. Yaşamaq üçün burada hər cür şərait yaradılıb”.

Müsahibimiz bildirir ki, qayıdışın ən mühüm tərəflərindən biri də işlə təmin olunmaqdır: “Evlə yanaşı, işlə də təmin olunmuşam. Burada sürücü işləyirəm. İşimdən razıyam. Soyuq olsa da, relyefi çətin olsa da, heç bir çətinlik yaratmır, çünki bura bizim dədə-baba torpağımızdır. Burada yaşamaq, işləmək bizim üçün xoşdur”.

Hüsaməddin İbrahimov kimi insanlar üçün doğma yurdda yaşamaq, işləmək həm də qürurdur, yeni həyata başlanğıc, yeni bir səhifədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!