25 İyun 2026 20:07
195
SİYASƏT
A- A+
Heç bir qüvvə Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir göstərə bilməz

Heç bir qüvvə Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir göstərə bilməz

Növbəti anti-Azərbaycan xarakterli AŞPA qətnaməsi bir daha  bu faktı təsdiqlədi: Bakı üçün Qərb cəbhəsində vəziyyət hələ də dəyişməz olaraq qalır. Assambleyanın bu qərarı qarşılıqlı etimadın dərin böhranını aydın şəkildə nümayiş etdirir və vurğulayır ki, Azərbaycanla Qərb arasında sistemli ziddiyyətlər davamlı olaraq artmaqda davam edir, demək olar ki, konstruktiv dialoq üçün heç bir imkan buraxmır.

İnsan hüquqları sahəsində vəziyyətlə bağlı növbəti “dərin narahatlıq”, vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər, söz azadlığının məhdudlaşdırılması və guya “siyasi məhbuslar”ın mövcudluğu kimi iddiaların yer aldığı bu qətnamə, əslində, əvvəlki illərdə olduğu kimi, klassik qərəz və birtərəflilik nümunəsidir. Müəlliflər mürəkkəb regional reallıqları obyektiv təhlil etmək əvəzinə, əsassız iddialara və şablon ifadələrə üstünlük veriblər. Bu klişelər uzun illərdir ki, rəsmi Bakıya qarşı koordinasiyalı siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Belə sənədlərin strukturuna diqqətlə baxdıqda aydın olur ki, onlar bəyan edilən humanitar dəyərləri qorumaq məqsədi ilə deyil, konkret geosiyasi qrupların maraqlarına xidmət etmək üçün hazırlanır. Bu qrupların əsas məqsədi Azərbaycanın beynəlxalq mövqelərini zəiflətmək və onun suveren inkişafını ləngitməkdir. Bu kampaniyanın əsas hərəkətverici motivi isə müəyyən Avropa dairələrinin Bakının müstəqil daxili və xarici siyasətinə qarşı dözümsüzlüyüdür, xüsusilə də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra.

AŞPA platformasında bu destruktiv xəttin ən bariz nümunələrindən biri alman deputatı Frank Şvabenin fəaliyyətidir. O, uzun müddətdir ki, Strasburqda anti-Azərbaycan təşəbbüslərini koordinasiya edir. Və bu dəfə də öz “ənənəsinə” sadiq qalmaqla kifayətlənmədi, eyni zamanda, daha balanslı və obyektiv mövqe tutmağa çalışan həmkarlarına qarşı aqressiv ritorika sərgilədi. Deputatlardan biri Bakının haqlı arqumentlərini müdafiə etdikdə, Şvabe ona qarşı açıq şəkildə təzyiq göstərdi və hər hansı alternativ fikrə dözümsüzlük nümayiş etdirdi. Paradoks aydındır: özlərini demokratiyanın və söz azadlığının müdafiəçisi kimi təqdim edən bəzi Avropa parlamentariləri əslində fərqli fikirləri qəbul etməyə qətiyyən hazır deyillər və dərhal müxalif səsləri susdurmağa çalışırlar. Bu cür davranış yalnız parlamentarizmin əsaslarını sarsıtmır, həm də Avropa isteblişmentinin müəyyən hissəsinin əsl niyyətlərini ifşa edir. Onlar AŞPA-nı bərabərhüquqlu dialoq platformasından çıxarıb dar qrup maraqlarına xidmət edən ideoloji alətə çevirməyə çalışırlar. Bu maraqların isə erməni diasporu ilə sıx bağlı olduğu heç kimə sirr deyil. Həmin dairələr Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda formalaşmış yeni reallıqları qəbul etmək istəmirlər. Buna görə də onlar müxtəlif beynəlxalq platformalarda, o cümlədən AŞPA-da anti-Azərbaycan təşəbbüslərini davam etdirirlər.

Avropa strukturlarının Azərbaycanda bəzi jurnalistlərə, blogerlərə və aktivistlərə qarşı açılmış cinayət işlərini onların peşə fəaliyyətinə görə təqib kimi təqdim etməsi faktlara ziddir. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir. Jurnalist və ya ictimai xadim statusu heç kimə törədilmiş cinayətlərə görə məsuliyyətdən azadolma vermir. Bütün qeyd olunan istintaq və məhkəmə prosesləri milli qanunvericiliyə və kifayət qədər sübut bazasına əsaslanır. Söhbət konkret hüquq pozuntularından gedir: xaricdən qanunsuz maliyyələşmə, vergidən yayınma, iri məbləğdə xarici valyutanın qaçaqmalçılığı və digər maliyyə pozuntuları. Bu işləri siyasiləşdirmək və qanun pozuntularını söz azadlığının məhdudlaşdırılması kimi təqdim etmək - Azərbaycanın müstəqil məhkəmə sisteminə kobud müdaxilədir və yalnız ölkə haqqında mənfi informasiya fonu yaratmaq məqsədi daşıyır.  Bir məsələni xüsusi ilə qeyd etməliyik ki, Azərbaycanda şəffaf və demokratik siyasi dialoq mühiti  formalaşıb, siyasi proseslərdə iştirak edən bütün tərəflər açıq və bərabərhüquqlu səviyyədə iştirak edir. Siyasi partiya liderləri ilə mütəmadi olaraq keçirilən görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoyub. Ölkəmizdə kimsə siyasi mənsubiyyətinə görə hər hansı təsirə məruz qalmır.

Avropa institutlarının fəaliyyətində ikili standartlar siyasəti açıq şəkildə müşahidə olunur. Onlar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərkən, Avropanın özündə mövcud olan daha ciddi problemləri görməzlikdən gəlirlər. Bir sıra Avropa İttifaqı ölkələrində dinc aksiyaların dağıdılması zamanı polis zorakılığı, jurnalistlərin təqibi, miqrantlara və azlıqlara qarşı sistemli diskriminasiya, dini azadlıqların pozulması kimi hallar artmaqdadır. Lakin, bu hallara görə nə Strasburq, nə də Brüssel həmin ölkələrə qarşı nə sərt tədbirlər görür və  nə də  tənqidi qətnamələr qəbul edir. Bu isə yanaşmaların seçmə xarakter daşıdığını açıq şəkildə göstərir.

Əlbəttə ki, bu heç də təsadüfi deyil. Hadisələrin xronologiyası göstərir ki, anti-Azərbaycan sənədlər Strasburqda müntəzəm olaraq qəbul olunur və bu proses sistemli xarakter daşıyır. Eyni zamanda, bu kampaniya digər Avropa platformalarında da paralel şəkildə aparılır. Xüsusilə Avropa Parlamenti son illərdə Bakıya qarşı hücumların əsas mərkəzlərindən birinə çevrilib və açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir. Son beş ildə bu qurum bir-birinin ardınca qəbul olunan çoxsaylı mənfi qətnamələrin əsas hissəsi Azərbaycana qarşı ittihamlarla dolu idi və regiondakı reallıqların dəyişdirilməsinə yönəlmiş çağırışları ehtiva edirdi. Bu isə göstərir ki, Avropa institutları Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəbul etməkdə ciddi çətinlik çəkirlər. Onlar uzunmüddətli sülhə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli yanaşmalara sadiq qalırlar və bununla da öz nüfuzlarına zərbə vururlar.

Azərbaycan üçün bu cür çıxışlar artıq yenilik deyil. Bakıda yaxşı anlayırlar ki, regiondakı reallıqları Avropa bürokratlarının qətnamələri deyil, konkret addımlar və iqtisadi maraqlar müəyyən edir. Bu baxımdan Azərbaycanla Avropa arasında əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində uğurla davam edir. Strasburq və Brüsseldə siyasi ritorika ilə məşğul olduqları bir vaxtda, Bakı işini davam etdirir, işğaldan azad olunmuş əraziləri bərpa edir,  vətəndaşların hüquq və azadlıqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının rifahının yaxşılaşdırılması üçün mühüm sosial islahatlar aparır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir, qlobal təşəbbüslər irəli sürür,  dünyada ədalətsizliyin, bərabərsizliyin aradan qaldırılması ilə bağlı çağırışlar səsləndirir,  COP29, WUF13 və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Prezident İlham Əliyev dünyanın  tanınmış dövlət başçıları, siyasətçiləri tərəfindən yüksək hörmətlə qarşılanır, onun fikirləri, siyasi, eləcə də strateji baxışları xüsusi olaraq diqqətə alınır. Əlbəttə ki, bir çox qüvvələr bu reallığı da həzm edə bilmirlər. Ancaq xalq öz liderinin, dövlət başçısının ətrafında sıx birləşib və ona etibar edir. Milli birliyimiz və həmrəyliyimiz dostları sevindirir, dövlətimizə düşmən münasibətdə olan  xarici qüvvələri isə kədərləndirir. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan bu gün kifayət qədər güclüdür  və hər hansı  kənar təsirlər, onu öz  yolundan, müstəqil siyasət aparmaq yolundan döndərə bilməz. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

 

 

 

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heç bir qüvvə Azərbaycan dövlətinin və xalqının iradəsinə təsir göstərə bilməz

20:07
25 İyun

Müəllimlərin işə qəbulu və peşəkar inkişafı üzrə mühüm nəticələr açıqlandı  

18:57
25 İyun

Qarabağda təhsilin miqyası genişlənir: onlarla yeni müəssisə fəaliyyətə başlayıb

18:51
25 İyun

Kənd təsərrüfatında islahatları nəzərdə tutan qanun layihələri parlamentə tövsiyə edilib  

18:31
25 İyun

Ümumi təhsil müəssisələrində müəllimlərin və şagirdlərin sayı açıqlanıb  

18:23
25 İyun

Türkiyədə “Anadolu Kartalı-2026” təlim proqramına yenidən baxıldığı bildirilib

18:14
25 İyun

BDYPİ Silahlı Qüvvələr Günü ilə bağlı Bakıda keçiriləcək yürüşlərlə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib  

18:13
25 İyun

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!