08 Dekabr 2025 19:15
381
İQTİSADİYYAT
A- A+
“Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” forumu keçirilib  

“Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” forumu keçirilib  


Dövlət Gömrük Komitəsinin inzibati binasında bp şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, bp şirkətinin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan “Gömrük rəsmiləşdirilməsi Platformasının (GRP) yeni rəqəmsal həlləri”, “Rəqəmsal əməkdaşlıq platforması” layihələrinin təqdimatı keçirilib. Forumda, həmçinin xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyəti dövlət orqanlarının birgə həyata keçirdiyi yeniliklərlə bağlı təqdimatlar nümayiş olunub, “Xarici ticarətin təşviqi-gömrük prosedurları”, “Tranzit və logistika-gömrük əməliyyatları” mövzularında sahəvi müzakirələr keçirilib.

Yekunda keçirilən açıq qapı çərçivəsində forum iştirakçıları Dövlət Gömrük Komitəsinin rəqəmsallaşma sahəsindəki fəaliyyəti, monitorinq imkanları və Gömrük Tarixi Muzeyi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhnənin sönməz ulduzu

09:05
24 Yanvar

Cəmiyyət öz gücünü birləşdirərsə...

09:00
24 Yanvar

Adını Vətənin azadlıq tarixinə yazdı

08:55
24 Yanvar

Köhnə ilin uğurları, yeni ilin vəzifələri

08:50
24 Yanvar

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

08:45
24 Yanvar

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

08:40
24 Yanvar

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

08:35
24 Yanvar

İlham Əliyevin Davos diplomatiyası

08:30
24 Yanvar

Azərbaycan sülhsevər imicini Davos İqtisadi Forumunda bir daha dünyaya nümayiş etdirdi

08:25
24 Yanvar

Bu forumda da Azərbaycanın logistika və enerji imkanları diqqət mərkəzində oldu

08:23
24 Yanvar

Azərbaycan qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirir

08:20
24 Yanvar

İlham Əliyev Davos forumunda Azərbaycanın regional lider mövqeyini daha da möhkəmləndirdi

08:15
24 Yanvar

Azərbaycan qlobal siyasi və iqtisadi proseslərə təsir göstərən dövlətdir

08:10
24 Yanvar

Sülh və qayıdış 

08:05
24 Yanvar

Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlığa əsaslanır

08:00
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:39
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 fevral tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 2 nömrəli əlavəsinin 6-cı və 7-ci maddələrində nəzərdə tutulan fəaliyyət növləri üzrə lisenziya alınması tələbinin şamil olunmadığı paylarının (səhmlərinin) 100 faizi dövlətə məxsus olan hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:38
24 Yanvar

Azercell korporativ abunəçilərinin nəzərinə!

01:33
24 Yanvar

Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib  

21:32
23 Yanvar

Misli Premyer Liqası: "Neftçi" xal itirib  

20:54
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!