17 Aprel 2025 14:37
701
İDMAN
A- A+
Gimnaziada: Azərbaycan multiidman yarışlarında yeni tarix yazdı 

Gimnaziada: Azərbaycan multiidman yarışlarında yeni tarix yazdı 

Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunları Azərbaycan üçün bir çox uğurla yadda qaldı.

AZƏRTAC xəbər verir ki, idmançılarımız 15 yaşadək məktəblilərdən ibarət yığmalar arasında təşkil olunmuş yarışlarda ən yaxşı göstəricisinə imza atdı.

Bunadək Azərbaycanın Gimnaziadada ən uğurlu nəticəsi ötən il U-18-lər arasında Bəhreyndə keçirilmiş turnirdə qeydə alınıb. Təmsilçilərimiz həmin yarışda 77 medala (23 qızıl, 26 gümüş və 28 bürünc) sahib çıxmışdılar. Bununla da komandamız multiidman oyunlarını 7-ci yerdə başa vurmuşdu.

Bu il isə Azərbaycan Serbiyada tarix yazmağı bacardı. Gimnaziadada 191 idmançı (boks, şahmat, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, tennis, idman gimnastikası, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika) ilə təmsil olunan komandamız Vətənə 85 medalla ( 35 qızıl, 22 gümüş və 28 bürünc) döndü. Bəhreyn Gimnaziadasında 23 idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdısa, bu il qızıl medal sayı 35-ə yüksəldi. Bu da Azərbaycan idmanının beynəlxalq arenalarda ildən-ilə nəticələrini yaxşılaşdırdığının əyani sübutudur.

Taekvondo və boks “qızıl” sayına görə digər idman növlərindən seçildi. Taekvondoda 10, boksda isə 9 təmsilçimiz birinci yeri tutdu. Ümumi medal sayına görə (25) isə güləşçilərimiz digər idmançılarımızı qabaqladı.

Azərbaycan müxtəlif əlilliyi olan idmançıların iştirak etdiyi parabadminton və paraüzgüçülükdə də medalsız qalmadı. Parabadmintonda (fərdi yarışda) 3 qızıl, 1 gümüş və 2 bürünc, paraüzgüçülükdə isə 1 gümüş və 2 bürünc medal əldə olundu.

İdmançılarımız şahmat, 3x3 basketbol, stolüstü tennis, atletika, parabadminton (komanda yarışı), kamandan oxatma və çimərlik voleybolunda isə fəxri kürsüyə qalxa bilmədilər. Lakin Gimnaziada həmin idmançılara gələcək yarışlara necə hazırlaşmalı olduqlarını göstərdi.

Beləliklə, Azərbaycan Çin, Ukrayna və Braziliyadan sonra Gimnaziada İdman Oyunlarını 85 medalla 4-cü pillədə tamamlayaraq ilkə imza atdı. Müsəlman ölkələri arasında İran 86 mükafat qazansa da, komandamız medalların əyarına görə qonşu ölkəni üstələməyi bacardı.

Serbiyadakı Oyunlarda rekord iştirakçı sayını nəzərə alsaq, 4-cü yeri Azərbaycan üçün kifayət qədər yaxşı nəticə hesab etmək olar. Belə ki, Gimnaziadanın keçirildiyi Serbiya 60-a yaxın ölkə və regionu təmsil edən idmançılar, məşqçilər və rəsmilər də daxil olmaqla, ümumilikdə 4000-ə qədər iştirakçını qəbul etdi.

Qlobal miqyasda multiidman yarışlarında mübarizə aparmaq gənc idmançılar üçün yaxşı təcrübədir. Burada yeniyetmə idmançılar təkcə region ölkələrindən və ya Avropadan olan həmyaşıdları ilə deyil, həm də digər qitələrdən olan rəqibləri ilə üz-üzə gəlirlər. Bu da onların inkişafı üçün müsbət məqamdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!