09 Avqust 2025 08:10
1134
İQTİSADİYYAT
A- A+
"ExxonMobil" SOCAR-ın sınanmış tərəfdaşıdır

"ExxonMobil" SOCAR-ın sınanmış tərəfdaşıdır


Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri çərçivəsində iki şirkət arasında daha bir sənəd - "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb


Xəbər verildiyi kimi, avqustun 7-də Prezident İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Əvvəlcə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar. Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub. Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

SOCAR-la "ExxonMobil" arasında "Əməkdaşlıq haqqında Memorandum"un imzalanması iki ölkə arasında enerji əməkdaşlığının inkişaf perspektivlərindən xəbər verir. Qeyd edək ki, ABŞ-nin dünyaşöhrətli "ExxonMobil" şirkəti ölkəmizdə xeyli vaxtdır yaxşı tanınır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinin iştirakçısıdır. Başqa sözlə, "Əsrin müqaviləsi"nin irəliyə doğru addımladığı, nailiyyətlərlər əldə etdiyi illərdə Azərbaycanda olub.

 AÇG-də hazırkı iştirak paylarına diqqət yetirmək də yerinə düşər: BP (30,37 faiz, o, həm də operatordur), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş (2,92 faiz). Göründüyü kimi, "ExxonMobil" bu gün də AÇG-nin səkkiz iştirakçısının biridir və layihədə sanballı, yəni 6,79 faizlik paya malikdir. 

"ExxonMobil" eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir. 

Əslində, bunlar şərhə ehtiyacı olmayan faktlardır. Çünki istər AÇG, istərsə də BTC ölkəmizin yaratdığı etibarlı əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşdirilən önəmli layihələrdir. 

Bir qədər də "ExxonMobil"in özü haqqında: bu, təkcə ABŞ-nin deyil, dünyanın ən böyük neft şirkətlərindən biri sayılır. Şirkətin baş ofisi Texas ştatının Dallas şəhərinin ətrafında olan İrvinqdə yerləşir. Əsas neft ehtiyatları Asiya və ABŞ-də, təbii qaz isə ABŞ, Avstraliya, Asiya və Avropada yerləşir.

Hazırkı şirkət 1999-cu ildə ABŞ-nin ən böyük neft şirkətləri "Exxon" və "Mobil"in birləşməsi nəticəsində yaranıb.

"ExxonMobil"lə Azərbaycan arasında daimi təmaslar mövcuddur. Çox uzağa getməyək, elə bu ilin mart ayında uzunmüddətli enerji tərəfdaşlığının inkişafı üçün yeni imkanlar müzakirə olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat vermişdi. O, "ExxonMobil" şirkətinin vitse-prezidenti John Ardill ilə səmərəli görüşü olduğunu, tərəfdaşlığın inkişafı üçün yeni imkanların dəyərləndirildiyini bildirmişdi. 

Energetika Nazirliyinin məlumatına görə, görüşdə şirkətlə AÇG və BTC layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.

J.Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılmasını, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

P.Şahbazov isə Azərbaycanın enerji balansında neft, qaz, bərpaolunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən "yaşıl enerji" dəhlizləri və bərpaolunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 faizə çatdırmağı hədəfləyən layihələrindən bəhs edib. Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpaolunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır. Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi edilib.

İyun ayının əvvəlində isə "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə "ExxonMobil Corporation" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "ExxonMobil Corporation" şirkətinin vitse-prezidenti John Ardill Con imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığını nəzərdə tutur.

Bu günlərdə Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanması isə bir daha göstərdi ki, iki şirkət arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

Ukrayna mediası Prezident İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

13:18
22 İyul

DSMF-nin xərcləri artıb

12:58
22 İyul

“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb

12:57
22 İyul

Sabahın hava proqnozu açıqlanıb

12:41
22 İyul

ABŞ qüvvələri Oman körfəzi sahilindəki İran şəhərlərinə hücum edib  

12:41
22 İyul

Göygöldə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib  

12:33
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!