14 İyun 2025 14:22
479
SİYASƏT
A- A+
Etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə

Etibarlı tərəfdaşlıqdan strateji müttəfiqliyə


2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji müttəfiqliyin rəsmiləşdirilməsi ilə yanaşı, Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların və təhlükəsizlik arxitekturasının siyasi-hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması bu sənədin tarixi və mənəvi-siyasi önəmini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mühüm təntənəsinin yaşandığı məkanda müttəfiqlik münasibətlərinin ifadə olunması ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir.

Bu sənədin hüquqi məzmunu Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və beləliklə, beynəlxalq hüquq müstəvisində qarşılıqlı hərbi-siyasi dəstəyin əsaslarını yaratmışdır. Müttəfiqlik anlayışının bu kontekstdə tətbiqi yalnız müdafiə məsələlərində deyil, eyni zamanda diplomatik koordinasiya, informasiya siyasəti, müdafiə sənayesi, enerji təhlükəsizliyi, regional nəqliyyat və mədəni-humanitar əlaqələrin bütün istiqamətlərində ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını şərtləndirmişdir. Bəyannamə, həmçinin klassik kollektiv təhlükəsizlik modelinə uyğun şəkildə bir tərəfə edilən təhdidin digərinə də yönəldiyi prinsipinə əsaslanaraq Azərbaycan və Türkiyənin milli təhlükəsizlik konsepsiyalarını bir-birinə yaxınlaşdırmışdır.

geosiyasi baxımdan əhəmiyyətinə gəlincə, bu bəyannamə yalnız ikitərəfli əlaqələrin hüquqi çərçivəsini müəyyənləşdirməklə kifayətlənmir, eyni zamanda Cənubi Qafqaz regionunda yaranmış yeni status-kvonu beynəlxalq səviyyədə qəbul etdirmək və regionda sabitlik, sülh və əməkdaşlıq üçün real alternativ güc mərkəzi formalaşdırmaq məqsədini daşıyır. Dövlət başçıları – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Azərbaycanla Türkiyənin bu təşəbbüsü aydın şəkildə onu göstərmişdir ki, Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik rəsmi Bakı və Ankara kimi suveren və qarşılıqlı maraqlara əsaslanan aktorların iştirakı ilə təmin edilə bilər.

Bəyannamədə nəzərdə tutulan enerji və nəqliyyat sahəsində əməkdaşlıq müddəaları isə daha geniş coğrafi miqyasda – Türk dünyası və Avrasiya məkanında iqtisadi və kommunikasiya əlaqələrinin dərinləşdirilməsi məqsədi daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyə arasında fasiləsiz quru bağlantısının yaradılması təkcə ikitərəfli deyil, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərini sürətləndirəcək. Bu faktorlar Çinlə Avropa arasında Orta Dəhliz üzərində nəqliyyat və ticarət dövriyyəsinin artmasına təkan verəcək, həmçinin Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcəkdir. Həmin dəhliz geoiqtisadi rəqabət müstəvisində də regionun strateji dəyərini artırır və enerji təchizatı xəritəsinin şaxələndirilməsində açar rolunu oynayır.

Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişafının hüquqi sütunlarından biri kimi çıxış etməklə yanaşı, eyni zamanda qlobal güclərin siyasi manipulyasiyalarına qarşı Türk dövlətlərinin ortaq cavab vermək imkanlarını artırmış və Avrasiyada yeni güc qütbünün təşəkkül tapmasını sürətləndirmişdir.

Yekun olaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsi müasir dövrün çağırışlarına cavab verən, ikitərəfli münasibətləri gələcəyə daşıyan, Türk dünyasının birlik və həmrəyliyini möhkəmləndirən, regional və qlobal miqyasda Azərbaycanla Türkiyənin koordinasiyalı fəaliyyətinin təməlini qoyan siyasi manifestdir. Bu sənədin hər bir müddəasının mərhələli şəkildə həyata keçirilməsi bütövlükdə Türk dünyasının gələcək inteqrasiyası və sabitliyinin mühüm təminatçısı olacaqdır.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib  

12:51
20 Yanvar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib  

12:50
20 Yanvar

“TRT Haber”: Qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik əzmini gücləndirdi  

12:46
20 Yanvar

Qazaxıstan Prezidenti: Aral dənizinin xilası bəşəriyyət üçün aktual məsələdir  

12:31
20 Yanvar

Müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət edib  

12:28
20 Yanvar

20 Yanvar şəhidlərinin əziz xatirəsi Berlində dərin ehtiramla yad olunub VİDEO  

12:21
20 Yanvar

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO  

12:16
20 Yanvar

Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir

12:11
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

12:02
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!