09 İyul 2025 16:15
616
İQTİSADİYYAT
A- A+
Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil  

Energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın enerji trilemmasında - təchizatın təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq arasında balansın qorunmasında, xüsusilə Avropaya neft - qaz təchizatında oynadığı rolundan danışılıb.

Azərbaycanın hazırda 20 dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78 faizini, Bolqarıstanda 50 faizdən çoxunu, Yunanıstanda 18 faizini, İtaliyada təxminən 16 faizini, Türkiyədə isə 18,5 faizini təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur.

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir. Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən 2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda perspektivli strukturlar üzrə işlər aparılır.

Nazir 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53 faizdən yüksək olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb:

“Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və bu tendensiyanın gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahəyə investisiyalar təxirə salınmamalıdır. Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayənin azalması, gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətirib çıxara bilər”, - deyə nazir əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!