10 İyun 2026 16:09
360
İQTİSADİYYAT
A- A+
Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?  

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?  


Yığım və sərmayə qərarları vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Lakin vəsaitlərin hansı investisiya alətinə yönəldilməsinin daha məqsədəuyğun olduğu sualı hər zaman aktual olaraq qalır. Xüsusilə iqtisadi şəraitin dəyişdiyi, bazarlarda qiymət dalğalanmalarının müşahidə edildiyi dövrlərdə insanlar yığımlarını həm qorumağa, həm də artırmağa imkan verən variantlar axtarırlar. Bu zaman əmanət, qızıl və daşınmaz əmlak kimi ən çox müraciət olunan investisiya alətləri diqqət mərkəzinə çıxır. Hər birinin özünəməxsus üstünlükləri və riskləri olduğundan seçim prosesində müxtəlif amillərin nəzərə alınması vacib hesab edilir. Bəs mövcud iqtisadi şəraitdə yığımları hansı istiqamətə yönəltmək daha məqsədəuyğundur?

Sosial-iqtisadçı ekspert Rəşad Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, yığımın hansı investisiya alətində yerləşdirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən kifayət qədər çoxlu obyektiv və subyektiv faktorlar var. Onun sözlərinə görə, qərarın qəbul edilməsi həmin amillərin qiymətləndirilməsi nəticəsində mümkündür.

"Buna görə də, yığımın məhz əmanətdə, qızılda və ya daşınmaz əmlakda yerləşdirilməsi ilə bağlı birmənalı tövsiyə vermək doğru deyil. Çünki burada yığımın hansı müddəti əhatə etməsi vacib faktorlardan biridir. Əgər vəsaitlərin qısamüddətli dövr üçün investisiya edilməsi nəzərdə tutulursa, əlbəttə ki, bu zaman likvidliyə daha çox üstünlük verilməlidir. Bu halda qızıl və əmanətlər ön plana çıxır. Çünki onları istənilən vaxt qısa müddətdə realizə edib pul vəsaitinə çevirmək mümkündür", – deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, seçim zamanı bazar konyunkturunun təsirləri də nəzərə alınmalıdır: "Əgər bu gün əmanətlərin illik faiz dərəcələri 10-12 faiz arasında dəyişirsə və ya 2025-ci ilin bazar göstəricilərini nəzərə alsaq, qızılın qiymətində 70 faizdən artıq bahalaşma müşahidə olunubsa, təbii ki, qızıla üstünlük verilə bilər. Ancaq qızılla müqayisədə əmanətlərin gəlirləri daha proqnozlaşdırılandır. Nisbətən risksiz və proqnozlaşdırıla bilən alətlərə investisiya etməyə üstünlük verən şəxslər bu halda əmanətləri seçəcəklər. Bu isə hər bir şəxsin öz qərarından asılıdır”.

O bildirib ki, bazarda investisiya alətlərinin gəlirliliyi mühüm əhəmiyyət daşıyır.

"Əmanətin faiz dərəcəsi, qızılın qiymətindəki dəyişikliklər, daşınmaz əmlak bazarında qiymət artım templəri, tələb və təklifin dinamikası, eləcə də bazar qiymətlərinin konyunkturuna təsir göstərən potensial risklər və sair nəzərə alınmalıdır. Hazırkı şəraitdə daşınmaz əmlak bazarında qiymət artımının indiyədək müşahidə olunan sürətli dinamikasını risk altına ala biləcək müəyyən amillər mövcuddur. Fiskal konsolidasiya, iqtisadiyyatın durğunluq mərhələsinə daxil olması və digər amillər daşınmaz əmlak bazarına investisiya qoyuluşu baxımından potensial risklər kateqoriyasına daxil ola bilər. Həmçinin investisiyanın daşınmaz əmlaka yönəldilməsi zamanı onun hansı regionda yerləşməsi də nəzərə alınmalıdır. Paytaxt və onun ətrafında yerləşən daşınmaz əmlak daha geniş likvidlik imkanları yaradır. Lakin ucqar ərazilərdə alınmış daşınmaz əmlakı sonradan ehtiyac yarandıqda bəzən hətta on illərlə sonrakı mərhələdə ehtiyac yarandıqda realizə etmək mümkün olmur", – deyə ekspert əlavə edib.

Ekspert sonda vətəndaşlara investisiya qərarlarını daha diqqətli şəkildə verməyi tövsiyə edib: “Yığım edən şəxslər müxtəlif investisiya alətlərini nəzərdən keçirməli, eyni zamanda, öz gözləntilərini nəzərə almaqla vəsaitin nə qədər müddət dövriyyədən kənarda qalacağını müəyyənləşdirməlidirlər. Bazar konyunkturunu, aktivlərin investisiya istiqamətlərinin gəlirliliyini və mövcud riskləri nəzərə almaqla öz investisiya qərarlarını qəbul etsinlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!