17 Yanvar 2024 09:10
8559
İQTİSADİYYAT
A- A+
Dünyanın ən mötəbər beynəlxalq tədbiri

Dünyanın ən mötəbər beynəlxalq tədbiri

 

COP29-a layiqli evsahibliyi Azərbaycanın növbəti qlobal nailiyyəti kimi tarixə düşəcək 

 

Bu gün Azərbaycan dünyanın mötəbər qurumlarında uğurla təmsil olunur, qlobal çağırışlara fəal şəkildə qoşulur və beynəlxalq miqyaslı problemlərin həllinə mühüm töhfələr verir. 
Xalqımızın Şuşa və Xankəndi zəfərləri sayəsində regionda yaranan yeni reallıqlar Azərbaycanı getdikcə həm də nüfuzlu beynəlxalq mərkəzə çevirir. Buna ölkəmizdə ard-arda keçirilən mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlər də əyani nümunədir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Avroviziya", eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu çərçivədə ölkəmizdə həyata keçirilən SPECA-nın Zirvə görüşü, Beynəlxalq Astronavtika Konqresi kimi mühüm tədbirlər də bu qəbildəndir. 
Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Qonaqlarının sayı baxımından dünyanın ən böyük tədbiri olan COP29-a Bakının evsahibliyi etməsinə isə ötən illər ərzində dövlətimizin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası, beynəlxalq arenada yürütdüyü diplomatik siyasət sayəsində nail olunub. 

 

Azərbaycanın töhfəsi

 

70-100 min iştirakçının qatıldığı bu cür böyükmiqyaslı bir tədbirə Bakının evsahibliyi etməsi ölkəmizə beynəlxalq inamın göstəricisi, eyni zamanda Azərbaycanın dünyaya uğurlu təqdimatıdır. 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən yekdil qərar verilib. Bu böyük etimadın özü də ölkəmizə göstərilən hörmətin təzahürü, həmçinin də qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasına bariz göstəricidir. 
Bakıda keçiriləcək COP29 həm də Azərbaycana qarşı qərəzli siyasət yürüdən bəzi ölkə və təşkilatlara tutarlı cavabdır. Bu, göstərir ki, beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana siyasi, iqtisadi təzyiqlər göstərilməsi üçün dəridən-qabıqdan çıxan Azərbaycanofob ölkə və qurumların çabaları hədər gedib. 
Faktdır ki, COP29-a Azərbaycanın evsahibliyi etməsinə də həmin qərəzli ölkələr əngəl törətməyə çalışırdılar. Səsvermə ərəfəsində bir çox ölkəyə təzyiqlər göstərirdilər ki, Azərbaycana səs verməsinlər, ancaq burada da məğlubiyyətlə üzləşdilər. Azərbaycan yekdil qərarla COP29-a ev sahibi seçildi. 
Bu da bir daha göstərdi ki, mənfurların səylərinə baxmayaraq, Azərbaycanın yüksələn inkişafı, əldə etdiyi qələbələr sayəsində ərazisini təhlükəsiz məkana çevirməsi dünya ölkələrinin diqqətini xüsusi cəlb edib və bu möhtəşəm nailiyyətlər, uğurlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

 

Yaşıl ölkə

 

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq hər zaman iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz töhfəsini verir.
Xatırladaq ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib.
Bu baxımdan Prezidentin sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. 
Onu da bildirək ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Həmçinin ölkəmiz dünyada "yaşıl enerji"nin inkişaf etməsinə birbaşa töhfələr verir, bunun üçün mühüm təşəbbüslərlə çıxış edir. 
Dünyanın sayılıb-seçilən, nüfuzlu ölkəsi olan Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək evsahibliyi etmək kimi müstəsna fəaliyyəti ilə də daim diqqət çəkir. COP29 da dünyanın bir nömrəli beynəlxalq tədbiridir və Azərbaycanın növbəti qlobal nailiyyəti kimi tarixə düşəcək. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!