01 Aprel 2023 01:50
1579
SİYASƏT
A- A+
Dövlət kapital qoyuluşunda daha fəaldır

Dövlət kapital qoyuluşunda daha fəaldır

 

Dünya iqtisadiyyatı çətin dövrünü yaşayır. Rusiya-Ukrayna müharibəsi dünyanı iki qütbə bölüb. Onlar arasında gedən siyasi və hərbi qarşıdurma dövlətlərarası iqtisadi münasibətlərə də təsir göstərir. Tanınmış ekspertlərin hesablamalarına görə, Rusiya-Ukrayna müharibəsindən sonra beynəlxalq səviyyədə iqtisadi fəallıq azalıb, inflyasiya yüksəlib.
 

Məlumdur ki, belə vəziyyətdə iqtisadi dinamikanın qorunması mühüm şərtdir. Bunun üçün iqtisadiyyatın intensiv investisiyalaşması tələb olunur. Yaranmış vəziyyətdə iqtisadi sabitliyi qorumaq və inkişaf etdirmək üçün kapital qoyuluşunda fasilə yaranmamalıdır. Çünki bu cür kritik şəraitdə kapital qoyuluşunda durğunluq olur və belə vəziyyətdə investorlar o qədər də riskə getmirlər. Digər tərəfdən, dünyada bank-maliyyə sistemində qeyri-sabitlik hökm sürür. Amerikanın və Avropanın bir neçə bankının son vaxtlar qarşılaşdığı vəziyyət də məhz bunun - bank-maliyyə sistemində baş verən sabitsizliyin göstəricisidir.
Azərbaycanda aparılan sosial-iqtisadi islahatlarda iqtisadiyyatın investisiyalaşdırılması mühüm yer tutur. İndiki çətin şəraitdə dövlət bu işə daha həssas yanaşır. Bunu Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üçün açıqladığı sitatistik rəqəmlərdən aydın görmək olur. Belə ki, yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 206,9 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 60,1 faiz çox vəsait yönəldilmişdir. Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,3 dəfə artmışdır. Yatırılan ümumi sərmayənin 1 milyard 125,5 milyon manatı məhsul istehsalı, 968,5 milyon manatı xidmət sahələrinin, 112,9 milyon manatı isə yaşayış evlərinin tikintisinin payına düşmüşdür.
Vurğuladığımız kimi, hazırda dünyada gərgin siyasi qarşıdurmalar baş verir və bu, investisiya qoyuluşuna mənfi təsir göstərir. Ona görə də Azərbaycanda dövlət ölkə iqtisadiyyatının dinamik inkişafını qorumaq məqsədilə iqtisadiyyatın daxili mənbələrdən təmin edilməsinə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, hesabat dövründə yatırılan ümumi sərmayənin 54,6 faizi dövlət sektorunun  sərmayədarları tərəfindən qoyulmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, kapital qoyuluşunun 75,1 faizi daxili mənbələr hesabına formalaşmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri  987,9 milyon,  büdcə vəsaitləri 946,4 milyon, əhalinin şəxsi vəsaitləri 146,5 milyon, bank kreditləri 39,6 milyon, sair vəsaitlər isə 86,5 milyon manat təşkil etmişdir.
Cari ilin ilk iki ayında əsas kapitala yönəldilmiş vəsaitdən ən çox sənaye, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istifadə olunmuşdur. Həmin dövr neft-qaz sektoruna 777,3 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 429,6 milyon manatlıq vəsaitin 99,9 milyon manatı isə qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilmişdir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!