06 Mart 2026 13:17
602
SİYASƏT
A- A+
Dövlət etikasına və insanlığa sığmayan əməl

Dövlət etikasına və insanlığa sığmayan əməl


Uzun illərdir "din qardaşlığı" və "mehriban qonşuluq" maskası altında gizlənən İran rejimi bu dəfə birbaşa hərbi təcavüz yolunu seçərək Naxçıvan Muxtar Respublikasının dinc sakinlərini və mülki infrastrukturunu hədəf aldı. Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğunu, riyakarlığını bir daha nümayiş etdirdi. Mülki infrastrukturlara - Hava limanına və məktəb binasına  hücum təşkil edilməsi beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, acizlik və qorxaqlıq əlamətidir. Bu həm də regionda gərginliyin artmasına rəvac verən addımdır. Bu, sadəcə, bir sərhəd pozuntusu deyil, suveren bir dövlətə qarşı törədilmiş açıq terror aktıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu namərd hücumu sərt və qətiyyətli şəkildə pisləyərək qeyd etdi ki, İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir: "Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".

Bu hücum İranın illərdir apardığı anti-Azərbaycan siyasətinin məntiqi davamıdır. Uşaqların təhsil aldığı məktəbi və mülki sərnişinlərin istifadə etdiyi hava limanını hədəfə almaq yalnız terrorçu təfəkkürünün məhsulu ola bilər. İranın Azərbaycana qarşı düşmənçiliyi yeni deyil. Azərbaycan xalqı Tehrandakı səfirliyimizə edilən qanlı hücumu hələ də unutmayıb.  Dövlətimizin başçısı həmin hadisəni xatırladaraq İranın terror siyasətini ifşa etdi: "Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov"la, "Molotov" kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir... Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir".

Səfirlikdə törədilən terror hadisəsində olduğu kimi, Naxçıvana hücumda da İranın məqsədi Azərbaycanı qorxutmaq, onun müstəqil xarici siyasətinə təsir etməkdir. Lakin Bakının cavabı hər zaman olduğu kimi, adekvat və sarsıdıcıdır. Səfirlikdə törədilən terrordan sonra Azərbaycanın qətiyyəti qarşısında geri çəkilən və cinayətkarı edam etməyə məcbur olan Tehranın molla rejimi görünür ki, bu hadisələrdən düzgün nəticə çıxarmayıb.

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən ən mühüm məqamlardan biri İranın nankorluğunun ifşası idi. Dövlətimizin başçısı bildirdi: "Livanda çətin vəziyyətdə qalan İran diplomatlarının təxliyəsi üçün İran tərəfi Azərbaycandan kömək istəmişdi. Azərbaycan öz təyyarəsini göndərməyə hazır olduğunu bildirmiş, humanitar prinsiplərdən çıxış edərək təmənnasız yardım təklif etmişdi. Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək". Bir tərəfdən yardım istəyib, digər tərəfdən kömək əli uzadan qonşunun mülki hədəflərinə PUA ilə zərbə endirmək heç bir dövlət etikasına, dini dəyərə və insanlığa sığmayan hərəkətdir. Bu, sadəcə, nankorluq nümunəsidir.

Azərbaycan dövləti heç bir təhdid qarşısında geri çəkilən deyil. 44 günlük Vətən müharibəsində Ermənistanı və onun havadarlarını diz çökdürən "dəmir yumruq" bu gün də hazır vəziyyətdədir. Prezident İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Xüsusi Təyinatlı Qüvvələr birnömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısının bu xüsusda xəbərdarlığı son dərəcə sərtdir: "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək".

İranın bu təcavüzkar addımı beynəlxalq birlik tərəfindən dərhal kəskin reaksiya ilə qarşılanıb. Hadisə baş verən andan etibarən müxtəlif ölkələrin prezidentləri, xarici işlər nazirləri zəng edərək ölkəmizə dəstəklərini ifadə ediblər. Həmçinin  BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin Bakıda akkreditə olunmuş səfirləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu hadisəni pisləyərək, bizimlə həmrəyliklərini nümayiş etdiriblər.

Bu ölkədə yaşayan azərbaycanlılara qənim kəsilən, soydaşlarımızı bütün hüquqlardan məhrum edən, daim təzyiq altında saxlayan, azərbaycanlı fəalları təqib edən və cəzalandıran İran rejimi anlamalıdır ki, bu gün Azərbaycanın həm hərbi qüdrəti, həm də xalq-iqtidar birliyi istənilən xarici müdaxiləni dəf etməyə qadirdir. Müstəqil Azərbaycan öz suverenliyini qorumaq üçün hər bir addımı atıb və bundan sonra da atacaq.

Naxçıvana edilən hücum İranın regionda sülh tərəfdarı olmadığını nümayiş etdirdi. Bu təxribat Azərbaycanı zəiflətməyəcək, əksinə, xalqımızı dövlət ətrafında daha sıx birləşdirəcək. Bizə qarşı uzanan xəyanət əlləri hər zaman olduğu kimi kəsiləcək. Dövlətimiz sarsılmazdır, ordumuz qüdrətlidir və "dəmir yumruq" hər an düşmənin başını əzməyə hazırdır.

 

Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!