06 Oktyabr 2020 17:21
498
SİYASƏT
A- A+
Dövlət Baxçalı: İşğal altındakı ərazilər azad edilməli, Dağlıq Qarabağda Azərbaycan bayrağı yüksəlməlidir

Dövlət Baxçalı: İşğal altındakı ərazilər azad edilməli, Dağlıq Qarabağda Azərbaycan bayrağı yüksəlməlidir


Ermənistan-Azərbaycan münaqişəsinin atəşkəs, dialoq, danışıqlar, diplomatiya və sair üsullarla həllinə dair təkliflər hiyləgərcəsində fikirləşilən tələ və məğlubiyyətin təsdiqidir. Təcavüzkar düşmənin beli qırılmayana və hərbi zəfər siyasəti təsdiq edilməyənə qədər danışıqlar masasına oturmaq işğalçıya güzəşt olar. Ermənistanın silahlı dəstələri ya Dağlıq Qarabağdan çəkiləcək, ya da əziləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı rəhbərlik etdiyi partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan deputatlarının qrup toplantısındakı çıxışında ifadə edib.

Ermənistanı Azərbaycana qarşı işğalçılıq siyasətində qalmaqda, bəşəri cinayət olan Xocalı soyqırımını törətməkdə, əsassız iddialar, onilliklər boyu xalqlarımıza qarşı edilən xəyanət, düşmənçilik və hiyləgərlik əməlləri törətməkdə sərt ittiham edən Dövlət Baxçalı deyib: "Cənubi Qafqaza sülhün gətirilməsinin yeganə yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından bəhanəsiz çəkilməsi, Dağlıq Qarabağda Azərbaycan bayrağının yüksəldilərək suverenliyin bərpa edilməsidir. Başqa çarə, seçim və həll yolu yoxdur”.

Dağlıq Qarabağdan xeyli aralıda yerləşən Tovuz rayonuna beynəlxalq ictimaiyyətin gözü qarşısında edilən hücumları, hazırda Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərinə raketlərin atması, mülki əhalinin hədəf alınmasını, otuza yaxın dinc sakinin qətlə yetirilməsini vandalizm aktı kimi dəyərləndirən Dövlət Baxçalı deyib: "Terror dövləti olan Ermənistan sentyabrın 27-si səhər saatlarında növbəti dəfə təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da hücuma keçdi. İşğal alındakı Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu düşmən tapdağından azad etmək Can Azərbaycanın halal haqqıdır.

Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonu daxil olmaqla, işğal altındakı bir sıra yaşayış yerlərini düşməndən azad etdiyini və sürətlə irəlilədiyini xatırladan partiya sədri əminliklə deyib ki, şanlı qələbə günü yaxındadır. Türkiyə bu haqqı işində Azərbaycanın yanındadır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!