01 Aprel 2023 01:45
810
DÜNYA
A- A+
Donald Trampın tezliklə həbs olunacağı ehtimal edilir

Donald Trampın tezliklə həbs olunacağı ehtimal edilir

 

Eks-prezidentə qarşı rəsmi olaraq cinayət işi açılması barədə qərar verilib

 

Donald Tramp ABŞ-nin barəsində rəsmən cinayət işi açılan ilk eks-prezidenti kimi tarixə düşdü. Bu qərarın lehinə Manhettenin Böyük Münsiflər heyəti səs verib.
Xəbəri ilk olaraq Amerika qəzetləri yayıb və yalnız üç saat sonra bu faktı Manhetten dairəsinin prokuroru Elvin Breqqin ofisi təsdiqləyib. Breqq yanvar ayında Trampın mühakimə olunmasına qərar vermək üçün Böyük Münsiflər heyətini toplayıb.

Martın 31-də isə bununla bağlı prokurorluq elan edib: "Bu gecə biz cənab Trampın vəkili ilə əlaqə saxladıq ki, onun gələcəkdə məhkəmə qarşısına çıxarılması üçün Manhetten dairə prokurorluğuna təslim olmasını təşkil edək".
İttihamın təfərrüatları hələlik açıqlanmayıb.
Bu, Trampa qarşı aktrisa Stormi Danielsə (əsl adı Stefani Kliffords) susqunluq pulunun ödənilməsi ilə bağlı bir neçə araşdırmadan biridir. İş materiallarına görə, 2016-cı il seçkilərindən əvvəl Tramp vəkil Maykl Koen vasitəsilə Stormi Danielsə on il əvvəl 130 min dollar ödəyib. Bu ödəniş özlüyündə qeyri-qanuni olmasa da, Trampın vəkili həmin vəsaiti məhkəmə xərcləri kimi sənədləşdirib və bu, artıq maliyyə sənədlərinin saxtalaşdırılması, yəni cinayət  kimi qiymətləndirilir.
Xatırladaq ki, vəkil Maykl Koen 2018-ci ildə üç il həbs cəzasına məhkum edilib, amma o vaxt prezident olan  Donald Trampa rəsmi ittiham irəli sürülməyib.
İndi münsiflər heyətinin qərarından sonra Manhetten dairəsinin prokuroru Elvin Breqqin eks-prezidentə qarşı rəsmi ittiham irəli sürəcəyi gözlənilir.
Trampın özü Danielslə yaxın münasibətdə olduğunu inkar edir, lakin həbs olunacağını gözlədiyini deyib. CNN telekanalının xəbərinə görə, keçmiş prezident tərəfdarlarını nümayişə çağırdıqdan sonra Nyu Yorkun və Vaşinqtonun polis qüvvələri həyəcan təbili çalıb.
Hazırda Florida ştatında yaşayan Trampın yaxın vaxtlarda Nyu Yorkdakı məhkəmə qarşısına çıxması və rəsmi həbs olunacağı ehtimal edilir. Cinayət işlərində şübhəli bilinən bütün şəxslər kimi onun fotosu çəkiləcək və barmaq izləri götürüləcək, daha sonra iş üzrə ilk məhkəmə iclası keçiriləcək.
ABŞ-nin CBS telekanalı Trampın vəkillərinə istinadən xəbər verir ki, o, gələn həftə özünü prokurorlara təslim edəcək. Trampın vəkili Syuzan Neçeles eks-prezidentin aprelin 4-də məhkəməyə yollanacağını bildirib.
Böyük Münsiflər heyətinin qərarı ilə bağlı verdiyi açıqlamada Donald Tramp bu jürini toplayan demokrat prokuror Breqqi Co Baydenin çirkin işini görməkdə ittiham edib.
2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan Tramp bildirib: "Trampın axırına çıxmaq fikrində olan demokratlar yalan danışır, fırıldaqçılıq və oğurluq edirdilər, lakin indi ağlasığmaz bir iş gördülər - seçkiqabağı kampaniyaya həyasızcasına müdaxilə edərək tamamilə günahsız bir insanı ittiham etdilər".
Eyni zamanda Tramp  prokuror Breqqi Corc Sorosun əlaltısı adlandırıb.
Trampın siyasi rəqibi, ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların təmsilçisi Adam Şiff  də Böyük Münsiflər heyətinin qərarını dəstəkləyib: "Keçmiş prezidentə qarşı rəsmi ittiham görünməmiş bir hadisədir. Amma Trampın qeyri-qanuni davranışının da presedenti olmayıb. Qanunu rəhbər bilən bir millət zəngin və güclüləri, hətta yüksək vəzifələr tutsalar belə, ciddi şəkildə sorğu-sual etməyə borcludurlar". 
Bir çox şərhçinin fikrincə, Trampa qarşı digər iddialar kimi, Stormi Daniels işi həqiqətən də onun yenidən prezidentliyə namizəd olmaq planlarına təsir edə bilər.
Bu günlərdə "Röyter" agentliyinin sifarişi ilə keçirilən sorğuya görə, hətta Respublikaçılar Partiyasının üzvləri arasında təxminən 44 faiz hesab edir ki, rəsmi ittiham irəli sürüləcəyi təqdirdə Tramp seçkidən çəkilməlidir.
Respublikaçıların prezidentliyə namizədliyi üçün Trampın əsas rəqibi olacağı gözlənilən Florida ştatının qubernatoru Ron Desantis NyuYork Böyük Münsiflər heyətinin qərarını pisləyib və Florida ştatının sabiq dövlət başçısının ekstradisiyasında əməkdaşlıq etməyəcəyini bildirib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!