07 Avqust 2025 08:05
618
SİYASƏT
A- A+
Donald Trampın təklifi ilə 

Donald Trampın təklifi ilə 


Ağ Evdə tarixi görüş olacaq


Prezident İlham Əliyev ABŞ-yə səfər edəcək. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə reallaşan bu səfər zamanı İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. 

Ağ Evdən "Bloomberg" agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub. Bildirilir ki, Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək. Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtilə saat 22:30-da Ermənistanın baş naziri ilə, 23:20-də isə Azərbaycan Prezidenti ilə ikitərəfli görüşlər keçirəcək. Ardınca isə Bakı vaxtilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.

Bu onu göstərir ki, Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında və Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 ilə yaxın zaman keçsə də, tərəflər arasında sülh müqaviləsinin imzalanmamasının səbəbi bəllidir. Yəni sülh müqaviləsi ancaq Azərbaycan Prezidentinin tələbləri yerinə yetiriləcəyi halda imzalana bilər. 

Azərbaycan-ABŞ tərəfdaşlığının 33 ildən artıq tarixi var. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-də səfirliyi 1992-ci il martın 6-dan, ABŞ-nin Azərbaycanda səfirliyi isə həmin il martın 16-dan fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 90-a yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. 1997-ci ildən Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Hazırda iki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. İki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açıb.

Məhz Donald Trampın birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənib. Bunu Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə Donald Trampa açdığı telefon  zamanı liderlərin danışığından eşitmişik. İlham Əliyev seçkilərdə inamlı qələbənin Amerika xalqının Donald Trampın yürütdüyü siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayaraq qeyd etmişdi ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirmişdi. Prezident Donald Tramp isə öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulamışdı.

Bir qədər də əvvələ baxsaq, Prezident İlham Əliyevin hələ İkinci Qarabağ müharibəsinin gedişində -  2020-ci ilin 25 oktyabrında ABŞ-nin "Fox News" televiziya kanalına müsahibəsində Donald Trampın Cənubi Qafqaz siyasətini yüksək dəyərləndirməsini görərik: "Donald Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik" fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada Ağ Ev rəhbərinin tutduğu ədalətli mövqeyi isbatlayır. "Biz görürük ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin eyni zamanda Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir", - deyə İlham Əliyev bildirmişdir. 

Ötən il iyulun 21-də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda dünyada geniş tüğyan edən dezinformasiya, böhtan və yalan informasiyalar bəlasından danışan Prezident İlham Əliyev bir daha amerikalı həmkarını xatırlatmışdır: "Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyk-nyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Ardınca isə İlham Əliyev onun qarşıdakı seçkilərdə hansı namizədin qalib gəlməsini arzulaması barədə sualı belə cavablandırmışdı: "Çalışıram, əlimdən gələni edirəm ki, maksimum dərəcədə fikirlərimi səmimi ifadə edim. İstənilən auditoriya qarşısında, istər mətbuat qarşısında və yaxud da Azərbaycan ictimaiyyəti qarşısında keçirilən tədbirlərdə mən heç bir halda yanlış məlumat paylaşmıram. Lakin siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm". Əlbəttə ki, bu cümlələrdən İlham Əliyevin Donald Trampa dəstəyi məlum olmuşdu. Prezident İlham Əliyev eyni zamanda ABŞ-dəki seçki marafonunu dəyərləndirərək demişdi ki, Donald Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də onun vaxtında heç bir müharibənin olmayacağıdır: "Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Bütün bunlar, eləcə də əlamətdar günlərdə göndərilən qarşılıqlı rəsmi məktublarda qeyd edilən səmimi fikirlər iki ölkənin liderlərinin bir-birilərinə olan münasibətini açıq şəkildə ortaya qoyur. Donald Tramp Azərbaycan Prezidentinin böyük liderlik rolunu qəbul edir, İlham Əliyevin islahatlar kursuna dəstəyini bildirir, ölkəmizin bütün region üçün meyar olduğunu söyləyir. 

Ötən ay Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə İlham Əliyevin amerikalı həmkarı ilə bağlı səsləndirdiyi fikirlərin Donald Tramp tərəfindən özünün şəxsi "Truth" sosial şəbəkə səhifəsində paylaşması da deyilənlərin təsdiqidir. Qeyd edək ki, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-də onun prezident seçilməsini istədiyini bildirib. Həmçinin Trampın müharibə başlatmayan, əksinə, müharibələrə son qoymaq məqsədi güdən yeganə ABŞ Prezidenti olduğunu söyləyib. İlham Əliyev eyni zamanda daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki niyyətinə görə ona minnətdarlığını ifadə edib.

Bu fikirlərdən heç bir ay keçməmiş Donald Tramp hər iki ölkənin liderini ABŞ-yə dəvət edərək onlarla görüş təyin etdi.   

Beləliklə, İlham Əliyevin ABŞ-yə səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. 

İlham Əliyevin ABŞ-yə səfəri həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından simvolik əhəmiyyət daşıyır. Bu, informasiya cəbhəsində əldə olunmuş diplomatik qələbədir və Azərbaycan dövlətinin milli maraqlarını qətiyyətlə qorumaq qabiliyyətinin daha bir təzahürüdür.

Əgər ABŞ-də tərəflər arasında hər hansısa bir sənəd imzalanarsa, hansısa razılıq əldə olunarsa, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni fürsətlərin yaranmasını şərtləndirə bilər.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

15:41
10 İyun

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

15:40
10 İyun

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

15:37
10 İyun

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

15:36
10 İyun

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

15:14
10 İyun

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

14:48
10 İyun

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir  

14:38
10 İyun

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

14:31
10 İyun

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

14:20
10 İyun

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

14:18
10 İyun

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

14:14
10 İyun

Azərbaycanın xarici dövlət borcu 8% azalıb – 2026-cı ilin iyun vəziyyəti açıqlanıb

14:07
10 İyun

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

13:57
10 İyun

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

13:47
10 İyun

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

13:41
10 İyun

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

13:39
10 İyun

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

13:35
10 İyun

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər  

13:23
10 İyun

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

13:17
10 İyun

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

13:07
10 İyun

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub  

12:57
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!