11 Fevral 2026 08:40
392
İQTİSADİYYAT
A- A+
Dirçələn torpaq, güclənən iqtisadiyyat

Dirçələn torpaq, güclənən iqtisadiyyat


İnvestorların Ağdam Sənaye Parkına maraqları artır


Qarabağ və Şərqi Zəngəzur  Azərbaycanın böyük iqtisadi potensiala malik əraziləridir. Uzun illər işğal altında qalan bu bölgə hazırda bərpa, yenidənqurma mərhələsindədir və sənayenin inkişafı əsas prioritetlərdən biridir.

Sirr deyil ki, region zəngin təbii ehtiyatlara malikdir. Xüsusilə dağ-mədən sənayesi, tikinti materialları, enerji istehsalı və kənd təsərrüfatı məhsullarının emalı üçün geniş imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarındakı qızıl, civə və digər faydalı qazıntılar sənayenin inkişafı üçün çox böyük bazadır. Mərmər, əhəngdaşı, perlit və gil yataqları  da tikinti sənayesinin inkişafı üçün əlverişli şərait yaradır. Zəngin su ehtiyatları hidroenergetika sahəsinin inkişafına imkan verir, dağ çayları üzərində su-elektrik stansiyalarının qurulması enerji təminatını gücləndirir. Onu da qeyd  edək ki, əlverişli iqlim və torpaq kənd təsərrüfatı məhsullarının emalına əsaslanan  sahələrin - qida, konserv və yüngül sənayenin inkişafında mühüm rol oynayır. Bu amillər bölgənin iqtisadi potensialını artıraraq sənayenin  davamlı  tərəqqisi üçün möhkəm zəmin formalaşdırır.

Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji zonası"nın yaradılması da sənaye baxımından böyük əhəmiyyət daşıyır. Günəş, külək və su-elektrik stansiyalarının qurulması enerji sənayesinin inkişafına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Bu layihələr, həm də regionun enerji müstəqilliyini artırır, sənaye müəssisələri üçün dayanıqlı enerji mənbəyini təmin edir və yeni texnologiyaların tətbiqinə şərait yaradır. Eyni zamanda "yaşıl enerji" sahəsində yaradılan iş yerləri əhalinin məşğulluğunu artırır və bölgəyə gənc mütəxəssislərin cəlb olunmasına imkan verir. Bu, həm iqtisadi, həm də sosial inkişafı sürətləndirir, insanların həyat səviyyəsinin yüksəlməsinə yol açır. 

Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının, logistika mərkəzlərinin və müasir istehsal müəssisələrinin qurulması regionu investisiya  baxımından cəlbedici zonaya çevirir. Nəticədə bölgədə həm yerli, həm də xarici investisiyaların artması gözlənilir ki, bu da iqtisadi sabitliyi və davamlı inkişafı təmin edir. Regionda sənaye parklarının və logistika mərkəzlərinin yaradılması  yeni iş yerlərinin açılmasına, əhalinin geri qayıdışına və sosial-iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri sənayenin davamlı inkişafını önə çəkir. Xüsusilə Ağdam Sənaye Parkı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Parkda  fəaliyyət göstərən müxtəlif istehsal müəssisələri qida, tikinti materialları, yüngül və emal sənayesini özündə birləşdirir.

Ağdam Sənaye Parkı həmçinin regiona investisiyaların cəlb olunmasına yol açır və yerli sahibkarlığın inkişafını dəstəkləyir. Parkda yaradılan iş yerləri əhalinin bölgəyə qayıdışını sürətləndirir, eləcə də sosial rifahın yüksəlməsinə töhfə verir. Bu layihə Qarabağ və Şərqi Zəngəzurda sənayenin modernləşdirilməsi və iqtisadi dirçəlişin sürətlənməsi baxımından strateji əhəmiyyətə malikdir. Faktlar və statistik göstəricilər də Ağdam Sənaye Parkının nə qədər uğurlu və perspektivli layihə olduğunu açıq şəkildə göstərir. İqtisadi Zonaların İnkişfı Agentliyinin (İZİA) məlumatına görə,  parkda 32 biznes subyektinə rezidentlik, əlavə olaraq 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib ki, bu da regiona həm yerli, həm də xarici investisiyaların cəlb olunmasına şərait yaradır. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb və bunun nəticəsi olaraq, indi 1000-ə yaxın daimi iş yeri mövcuddur.  

İşə qəbul zamanı xüsusilə Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Bu da təbii ki, bölgədə sosial-iqtisadi sabitliyin qorunmasına və yerli icmaların dəstəklənməsinə xidmət edir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir və burada sahibkarlar tərəfindən istehsal edilmiş məhsulların həcmi 1,4 milyard manatdan ibarətdir.  Çox yaxşı haldır ki, həmin məhsulların 62,3 milyon manatı xarici bazarlara ixrac olunub. 

Beləliklə, Ağdam Sənaye Parkı təkcə sənaye sahəsinin inkişafına deyil, həm də regional iqtisadiyyatın güclənməsinə, işsizliyin azaldılmasına və yerli əhalinin rifahının yüksəlməsinə  töhfə verir. Bu uğurlu təcrübə Qarabağ və Şərqi Zəngəzurda sənayenin digər sahələrinə də nümunə ola bilər. Məsələn, 2021-ci ildə yaradılan  "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Cəbrayıl rayonunda yerləşir və kənd təsərrüfatı məhsullarının emalı, sənayesi və logistika sahələrini əhatə edəcək şəkildə planlaşdırılıb. Burada işlərin gözlənilən  səviyyədə irəliləməsi əsas verir ki, gələcəkdə Zəngilan və Laçın kimi digər rayonlarda da sənaye və kənd təsərrüfatı zonaları yaradılsın. 

Şərqi Zəngəzurda yaradılan sənaye və kənd təsərrüfatı istehsal zonaları  Ağdam Sənaye Parkının modelindən ilhamlanaraq investisiyaların cəlb edilməsinə və yerli sahibkarlığın inkişafına xidmət edir. Oxşar sənaye parklarının təşkili bölgədə emal sənayesinin genişlənməsinə, logistika imkanlarının artmasına və ixrac potensialının yüksəlməsinə şərait yaradır. Qeyd edək ki, bu təcrübə gənc mütəxəssislərin yetişdirilməsinə və innovativ texnologiyaların tətbiqinə imkan verir. Belə layihələr bölgədə iqtisadi sabitliyi gücləndirir, işgüzar mühiti yaxşılaşdırır və yerli əhalinin həyat səviyyəsinin yüksəlməsinə töhfə verir. 

Qarabağ və Şərqi Zəngəzurda sənayenin inkişafı yalnız iqtisadi nəticələr gətirmir, həm də regionun sosial və mədəni dirçəlişinə dəstək olur, insanların öz doğma torpaqlarına geri dönməsinə stimul verir. Nəticə etibarilə Ağdam Sənaye Parkı və ona bənzər layihələr regionun iqtisadi inkişaf strategiyasının mərkəzi elementi olaraq, Azərbaycanın dayanıqlı sənaye potensialının formalaşmasında mühüm rol oynayır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!