08 İyun 2026 18:21
486
İQTİSADİYYAT
A- A+
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq  


Yaxın Şərqdə başlanan yeni münaqişə neftin qiymətinin uzun müddət yuxarı həddə qalacağını deməyə əsas verir. Bu münaqişə birbaşa Hörmüz boğazının açılması perspektivini yenidən nəzərdən keçirməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, ötən gecədən başlayaraq İran ilə İsrail arasında davam edən qarşılıqlı raket zərbələri regiondakı geosiyasi vəziyyəti yenidən gərginləşdirib ki, bu da bazara özünün mənfi təsirini göstərir.

“Times of Israel” yazır ki, ötən gecə İran İsrail ərazisinə 20 ballistik raketlə zərbələr endirib və Hayfa şəhərindəkı neftayırma zavodu (NEZ) əsas hədəf olub. İsrail də öz növbəsində İranın Xuzistan vilayətindəki NEZ-i raket zərbəsinə tutub.

İranın “Tasnim” agentliyi yüksəkrütbəli hərbçilərə istinadla yazır ki, İran uzunmüddətli müharibəyə hazırdır. Bu məsələdə qane olmayan tərəf isə ABŞ Prezidenti Donald Trampdır. Məsələ ondan ibarətdir ki, D.Tramp rəsmi Tehran ilə tez bir zamanda razılıq əldə etmək istəyir ki, dünya bazarında neftin qiymətinin düşməsinə nail olsun. Neftin bahalaşması ABŞ iqtisadiyyatına çox böyük zərbələr vurur. İdxal-ixrac əməliyyatlarının baha başa gəlməsindən başlayaraq, istehlak və ərzaq mallarının bahalaşması Prezidentin siyasi nüfuzuna pis təsir etməklə yanaşı, etirazlara səbəb olur.

Bundan başqa, Prezident D.Tramp Konqres qarşısında “müharibə ABŞ-yə nə qazandırdı?”, - sualına cavab vermək məcburiyyətində qalıb. Həqiqət isə ondan ibarətdir ki, Yaxın Şərqdəki müharibə Amerikaya qiymət artımından başqa heç nə vermədiyi kimi, bundan da daha çox əziyyət çəkən seçicilərdir. Bu baxımdan İran ilə İsrail arasında başlanan qarşılıqlı raket zərbələri D.Trampın əsəbi tərzdə tərəflərə müraciət edərək dərhal raket zərbələrini dayandırmaq tələb etməsinə səbəb olub. Lakin cavab atəşləri D.Trampın tələbinə o qədər də diqqət ayrılmadığını göstərir.

Bu gün isə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazını bağlı saxladığına görə İrana qarşı növbəti sanksiyalar paketinin qəbul ediləcəyini bəyan edib. Halbuki Hörmüz boğazı ikitərəfli bağlıdır. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ boğazı hərbi gəmilərlə bağlayaraq İran limanlarını gəmilərin yan almasına və limanlardan çıxmasına imkan vermir. Aİ-nin bu addımı dünya bazarında neftin qiymətinin daha da artmasına gətirib çıxara bilər. ОPEC+ iyul ayında hasilatın artıraraq sutkada 188 min barelə çatdırılması haqqında qərar qəbul edib. Bu qiymətlərin sabitləşməsi üçün optimal variantdır. Lakin problem hasilatda deyil, neftin nəql olunmasındadır və bu addımda qiymətlərin enməsinə səbəb olmayacaq.

Yaxın Şərqdəki gərginlik bu gün günortadan sonra birjalarda “Brent” markalı neftin 97,5 dollardan, 97,33, WTI markalı neftin qiyməti isə 94,6 dollardan 94,57 dollara yüksəlməsinə gətirib çıxarıb.

“Bloomberg” agentliyi analitiklərə istinadla yazır ki, cari ilin qalan dövrü ərzində dünya bazarında neftin qiyməti 81-100 dollar ətrafında satılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!