05 Avqust 2025 01:07
6764
Fərmanlar
A- A+
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.1-ci, 11-1.3-cü (hər iki halda), 12.1.3-cü maddələrində, 19.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 19.2-2-ci (hər iki halda), 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (hər iki halda), 19.5-1.3-cü (hər iki halda) və 20.6-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11-1.1-ci,19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (ikinci halda), 19.5-1.3-cü (ikinci halda) və 20.6-1-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.3-cü (ikinci halda), 12.1.3-cü madddələrində və 19.2-1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 11-1.3-cü (birinci halda) maddəsində, 19.2-1-ci maddəsinin birinci cümləsində, 19.2-2-ci (hər iki halda) və 19.5-1.3-cü (birinci halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 19.5-1.2.3-cü (birinci halda) maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1.1. beş ay müddətində:

2.1.1.1. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması qaydasını;

2.1.1.2. həmin Qanunun 12.1.3-cü maddəsinə uyğun olaraq, ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi qaydasını;

2.1.2. üç ay müddətində həmin Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydalarını;

2.2. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 245-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I); 2024,№ 12 (II kitab), maddə 1363; 2025, №1, maddə 24) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə"(hər üç halda)"sözlərindən sonra "maddələrində, 11.7-ci maddəsinin ikinci cümləsində" sözləri, "12.1-ci," sözlərindən sonra "12.1.3-cü," sözləri, "20.4-2-ci," sözlərindən sonra "20.6-1-ci," sözləri əlavə olunsun və həmin bənddə "11-1.2-ci, 11-1.3-cü," sözləri "11-1.1-ci, 11-1.3-cü (hər iki halda)," sözləri ilə, "və üçüncü abzasının birinci cümləsində," sözləri ", 19.2-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 19.2-2-ci (hər iki halda), 19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (hər iki halda), 19.5-1.3-cü (hər iki halda)," sözləri ilə əvəz edilsin;

3.2. 2.4-cü bənddə ", 19.2-ci (ikinci və üçüncü halda)" sözləri "maddələrində, 19.2-ci maddəsinin dördüncü abzasında" sözləri ilə və "maddələrində" sözü "maddəsində" sözü ilə əvəz edilsin;

3.3. 2.12-ci bənddə "11-1.2-ci, 11-1.5-ci" sözləri "11-1.1-ci, 11-1.5-ci,19.5-1.2.1-ci, 19.5-1.2.3-cü (ikinci halda), 19.5-1.3-cü (ikinci halda), 20.6-1-ci" sözləri ilə əvəz edilsin;

3.4. 2.13-cü bənddə "11-1.3-cü" sözləri "11.7-ci maddəsinin ikinci cümləsində, 11-1.3-cü (ikinci halda), 12.1.3-cü maddələrində, 19.2-1-ci maddəsinin ikinci cümləsində" sözləri ilə və "maddələrində" sözü "maddəsində" sözü ilə əvəz edilsin;

3.5. 2.14-cü bənddə "maddələrində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində" sözləri", 11-1.3-cü (birinci halda) maddələrində, 19.2-ci maddəsinin ikinci abzasında, 19.2-1-ci maddəsinin birinci cümləsində, 19.2-2-ci (hər iki halda) və 19.5-1.3-cü (birinci halda) maddələrində" sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 2.18-1-ci bənd əlavə edilsin:

"2.18-1. həmin Qanunun 19.5-1.2.3-cü (birinci halda) maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;".

4. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529; 2025, № 2, maddə 119) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" üzrə:

4.1.1. 8.7-ci bənddə "xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində" sözləri "təşkilatları tərəfindən satın" sözləri ilə əvəz edilsin;

4.1.2. 8.15-ci bəndə "fonduna" sözündən sonra "və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna" sözləri əlavə edilsin;

4.1.3. 8.33-cü bənddən"sərbəst" sözü çıxarılsın;

4.1.4. aşağıdakı məzmunda 9.15-1-ci və 9.15-2-ci bəndlər əlavə edilsin:

"9.15-1. "Dövlət borcu haqqında" Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinə uyğun olaraq, büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən istifadə etmək;

9.15-2. büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) və vahid xəzinə hesabının sərbəst qalığının "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.2-2-ci və 19.5-1.3-cü maddələrinə uyğun olaraq müəyyən edilmiş hissəsini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürmək;"; 

4.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə III - "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi haqqında Əsasnamə" üzrə:

4.2.1. 1-ci hissədən "büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən," sözləri çıxarılsın;

4.2.2. 8.1-ci bənddən "qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində" sözləri çıxarılsın;

4.2.3. 9.6-cı bənddə "xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində" sözləri "büdcə təşkilatları tərəfindən satın" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I); 2024, № 11, maddə 1198, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş "Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə"nin 3.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

"3.6. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına aid edilir.".

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası"nın 2.0.8-ci yarımbəndindən və həmin Qaydaya 8 nömrəli əlavənin adından "sərbəst" sözü çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1587 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə"nin 1.1-ci bəndindən və 2.0.5-ci, 3.0.15-ci, 3.0.16-cı, 3.0.27-ci yarımbəndlərindən "sərbəst" sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1568 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, №12, maddə 1433 (Cild I)ilə təsdiq edilmiş "İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 3.3-cü və 3.4-cü bəndlər ləğv edilsin;

8.2. 4-cü hissədə "maddəsinin icrasını təmin etmək məqsədilə həmin Qanunun 11-1.2-ci maddəsinə" sözləri "və 11-1.2-ci maddələrinə" sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 322 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın 3.4-cü bəndində "İlin sonuna Nazirliyin xüsusi hesabında qalan xərclənməmiş vəsaitdən" sözləri "Nazirliyin xüsusi hesabında ilin sonuna qalan xərclənməmiş vəsaitdən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla" sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 190 (Cild I) ilə təsdiq edilmiş "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

"3.6. Dövlət Fondunun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına aid edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 avqust  2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!