13 Yanvar 2024 09:00
13558
SİYASƏT
A- A+
Böyük qayıdışın mühüm mərhələsi başlayır

Böyük qayıdışın mühüm mərhələsi başlayır

 

Bu il də Qarabağ və Şərqi Zəngəzur minlərlə əzəli sakinini qarşılayacaq

 

Azərbaycan xalqı 2023-cü ili tarixi qələbələr, böyük nailiyyətlər, bol uğurlarla  başa vurdu. Ərazi bütövlüyümüz tam təmin olundu, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda dalğalandırıldı. 
2023-cü il həm də işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq zəfərləri, tarixi yurdlarımıza möhtəşəm qayıdış təntənəsi ilə yadda qaldı. 
Qarabağ və Şərqi Zəngəzura qayıdışı milli prioritetimiz kimi müəyyənləşdirən Prezident İlham Əliyevin əzmi, qətiyyəti və iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə indi həyat qaynayır. Təkcə ötən il dörd yaşayış məntəqəmizə - Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə də Füzuli və Laçın şəhərlərinə minlərlə insan qayıdış karvanları ilə dönüb. 
Bütün bunlar həm də onu göstərir ki, bu torpaqların əsl sahibləri qayıdıblar. Bu yerlərdə qurub-yaratmaq, xoşbəxt və əbədi yaşamaq üçün... 

 

Tarixi missiya 

 

Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti  altında bu gün Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur. Böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, "ağıllı kənd və şəhərlər" salınır. 
Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanının - Füzuli və Zəngilan Hava limanlarının  tikilərək istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir. Bir sözlə, dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda xalqımızın tarixi, dini, mədəni irsi müvəffəqiyyətlə bərpa olunur. İllərdən sonra müqəddəs məscidlərimizdən yenidən azan sədaları ucalır.     
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərini Prezident İlham Əliyevin o bölgələrə həyata keçirdiyi mütəmadi səfərlər sayəsində daha aydın şəkildə görmüş oluruq. Əvvəlki iki ildə olduğu kimi, 2023-cü ildə də dövlət başçısı İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birgə Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər etdi, görülən işlərlə yerində tanış oldu, yeni açılışlara, təməllərə imza atdı. May ayının 2-dən etibarən düz 10 gün ərzində dövlət başçısı əzəli yurdlarımızda - Ağdamda, Qubadlıda, Zəngilanda, Xocavənddə, Füzulidə, Hadrutda, Şuşada xeyli sosial obyektlərin açılışlarını etdi, yenilərinin bünövrələrini qoydu. Eyni zamanda il ərzində dəfələrlə işğaldan azad edilən ərazilərimizə yollanan dövlət başçısı ilin sonunda da bu xoş ənənəsini davam etdirdi. Doğum günü ərəfəsində İlham Əliyev Azərbaycan xalqını Xocalıdan, Xocavənddən, Şuşadan,  Ağdamdan, Xankəndidən salamladı. Dekabrın 24-də qurucu lider İlham Əliyev Ağdam rayonunda mühüm obyektlərin açılışlarını etməsi və yeni bünövrələr qoyması ilə bir daha düşmənlərimizə göz dağı verdi, dostlarımıza sevinc ərməğan etdi. 

 

Ötən il 2 şəhər və 2 kənddə yenidən həyat başlayıb

 

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. 
Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən üç il müddətində dövlət büdcəmizin əsas prioritetlərindən biri də milli hədəfimiz olan Böyük qayıdışa nail olunması istiqamətindədir.  
2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat, gələn ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Hazırda bu proqram böyük müvəffəqiyyətlə icra olunur və görülən mühüm işlərin nəticəsidir ki, keçmiş məcburi köçkünlərimiz sürətlə dədə-baba torpaqlarına qayıdırlar.
2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə sakinlərinin qaytarılması ilə Böyük qayıdışa uğurlu start verilib. Ötən ilin mart ayında, Novruz bayramı ərəfəsində isə Tərtərin Talış kəndinin sakinləri qayıdış sevincini yaşayıblar. Həmin zaman Talış kəndinə yollanaraq bayram tonqalını Qarabağda alovlandıran qalib lider İlham Əliyev bir daha dünyaya "Qarabağ Azərbaycandır!" mesajını çatdırdı. 
2023-cü ilin mayında Laçın şəhərinin sakinləri doğma yurdlarına qovuşduruldular. Mayın 28-də - Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən vurğuladı ki, bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".
Avqustun 18-də Füzuli şəhərinə, 25-də isə Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.
Bildirək ki, 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 408 ailə (1555 nəfər) Laçın şəhərinə, 380 ailə (1392 nəfər) Füzuli şəhərinə, 203 ailə (783 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Ümumilikdə isə 1186 ailə - 4691 nəfər qayıdış köçü ilə yurduna qovuşub. 

 

Bu il daha beş şəhərimizdə qayıdış təntənəsi yaşanacaq

 

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu il də Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyini bildirdi: "Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir".
"Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq" - deyən dövlət başçısı məlumat verdi ki, keçmiş məcburi köçkünlərin bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq: "Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk".
2026-cı ilin sonuna qədər hədəfimizin 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq olduğunu söyləyən dövlət başçısı əminliklə bildirdi ki, biz buna da nail olacağıq.
Ötən il ərzində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti və bərpa işləri, o cümlədən Qayıdış proqramının uğurla icra edilməsi onu göstərir ki, bu il də Qarabağ və Şərqi Zəngəzurda ardıcıl olaraq quruculuq və qayıdış zəfərləri yaşayacağıq.  

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!