24 Mart 2025 23:36
958
SİYASƏT
A- A+
BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb  

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb  

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb.

Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, sərgi Azərbaycandakı minatəmizləmə işlərinə dair vizual səyahət təqdim edir.

Eksponatlar arasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaranlarının təsvirləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcı maddələr və minalar, habelə minaların və müharibənin partlayıcı qalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyani sübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslı minatəmizləmə işlərinin vizual təsviri təqdim olunur, həmçinin minaaxtaranların qəhrəman əməyi, minalarla çirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində aparılan davamlı səylər işıqlandırılır.

Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanın ərazisinin 13 faizdən çoxunu əhatə edən minalarla çirklənmənin miqyasını nümayiş etməklə bu sahədə məlumatlılığı artırmaq, beynəlxalq dəstəyi təşviq etmək və Azərbaycanda minaların və partlayıcı qalıqların mövcudluğundan irəli gələn problemlərlə bağlı geniş kütlənin məlumatlılığını artırmaqdır.

Qeyd olunur ki, təkcə 2020-ci ilin noyabr ayından indiyədək 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub – onlardan 70 nəfər həyatını itirib, 314 nəfər ağır yaralanıb. Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanların sayı 3463 nəfərə çatıb.

Sərgi ilə yanaşı, 4 aprel tarixində BMT-nin Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birgə “Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti ilə insanların həyatının xilas edilməsi” adlı brifinq təşkil ediləcək. “Minalarla Mübarizəyə Yardım və Mina Maarifləndirilməsi üzrə Beynəlxalq Gün” münasibətilə keçiriləcək brifinqdə Azərbaycanın humanitar minatəmizləmə işlərinin vacib aspektlərindən bəhs ediləcək. Brifinqin məqsədi həm də minatəmizləmənin “Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyi”nə nail olmaq yolunda maneələrin aradan qaldırılması istiqamətində əhəmiyyətini diqqətə çatdırmaqdır.

Beynəlxalq diplomatik ictimaiyyətin minlərlə üzvünün, həmçinin BMT heyətinin və digər ziyarətçilərin tanış olacağı sərgi aprelin 4-dək nümayiş olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!