11 İyul 2026 08:42
635
İQTİSADİYYAT
A- A+
Bitki mühafizəsində süni intellekt: yeni reallıqla üz-üzə

Bitki mühafizəsində süni intellekt: yeni reallıqla üz-üzə


XXI əsrin ikinci yarısında kənd təsərrüfatı qarşısında duran əsas çağırışlar əhalinin sürətli artımı, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və bitki xəstəlikləri ilə zərərvericilərin yayılmasının genişlənməsi ilə bağlıdır. Bu problemlərin həlli üçün ənənəvi üsullar artıq kifayət etmir. 

Məhz buna görə də son illər süni intellekt (Sİ) texnologiyalarının kənd təsərrüfatına, xüsuilə də bitki mühafizəsi sahəsinə inteqrasiyası sürətlənib. Dünyanın inkişaf etmiş ölkələrində süni intellekt artıq xəstəliklərin diaqnostikası, zərərvericilərin monitorinqi, məhsul itkilərinin proqnozlaşdırılması və pestisidlərin optimallaşdırılmış tətbiqində geniş istifadə olunur. Bitki mühafizəsində süni intellekt yalnız yeni texnologiya deyil, həm də kənd təsərrüfatının gələcəyini müəyyən edən strateji istiqamətlərdən biridir. Bu gün artıq sual "Süni intellektdən istifadə edəkmi?" deyil, "Süni intellekti nə qədər sürətlə tətbiq edə bilərik?"şəkilində qoyulur.

Müasir süni intellekt sistemləri milyonlarla şəkil, meteoroloji məlumat və peyk təsvirlərini analiz edərək xəstəlik və zərərvericiləri erkən mərhələdə müəyyən edə bilir. Xüsusilə kompüter görməsi (Computer Vision) və dərin öyrənmə (Deep Learning) texnologiyaları bitki yarpaqlarında yaranan simptomları insan gözündən daha yüksək dəqiqlikdə tanıya bilir. Müxtəlif tədqiqatlarda süni intellekt modellərinin bir çox xəstəlik və zərərvericinin aşkarlanmasında 85-95 faiz dəqiqlik göstərdiyi bildirilir.

Hazırda ABŞ, Çin, Yaponiya, Niderland və Almaniya kimi ölkələrdə pilotsuz üçüş aparatları (dronlar), peyk sistemləri və süni intellekt proqramları vasitəsilə geniş sahələrin fitosanitar vəziyyəti real vaxt rejimində izlənilir. Bu sistemlər xəstəlik ocaqlarını müəyyən edir, onların yayılma riskini qiymətləndirir və fermerlərə dərhal xəbərdarlıq göndərir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) da süni intellekt əsaslı erkən xəbərdarlıq sistemlərinin tətbiqini prioritet istiqamətlərdən biri hesab edir. Bu sistemlər zərərvericilərin və xəstəliklərin yayılmasını qabaqcadan proqnozlaşdıraraq vaxtında mübarizə tədbirlərinin həyata keçirilməsinə imkan yaradır.

Dünyada artıq feromon tələlərinə yerləşdirilən kameralar vasitəsilə zərərvericilərin avtomatik sayılması və identifikasiyası həyata keçirilir. Süni intellekt tələyə düşən həşəratların növünü müəyyən edir, onların sayını hesablayır və populyasiya dinamikasını analiz edir. Bu yanaşma həm əmək sərfini azaldır, həm də monitorinqin dəqiqliyini artırır.

Süni intellekt texnologiyalarının tətbiqi bitki mühafizəsində bir sıra mühüm üstünlüklər yaradır. Bu texnologiyalar xəstəlik və zərərvericilərin erkən mərhələdə aşkarlanmasına, kimyəvi preparatlardan istifadənin daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan verir. Nəticədə pestisid yükünün və ekoloji risklərin azaldılması, monitorinq xərclərinin aşağı salınması, məhsul itkisinin minimuma endirilməsi mümkün olur. Eyni zamanda süni intellekt fermerlərə qərarlarını elmi əsaslara söykənərək qəbul etməyə, iqlim dəyişiklikləri şəraitində yaranan riskləri əvvəlcədən qiymətləndirməyə və daha çevik tədbirlər görməyə imkan yaradır. Mütəxəssislərin fikrincə, yaxın illərdə süni intellekt yalnız xəstəliklərin müəyyənləşdirilməsi və zərərvericilərin aşkarlanması ilə məhdudlaşmayacaq, həm də inteqrir mübarizə sistemlərinin idarə olunmasında əsas qərarvermə alətlərindən birinə çevriləcək.

Azərbaycanda rəqəmsal kənd təsərrüfatının inkişafı istiqamətində son illər mühüm addımlar atılsa da, bitki mühafizəsində süni intellekt texnologiyalarının tətbiqi hələ başlanğıc mərhələsindədir. Hazırda zərərverici və xəstəliklərin monitorinqi əsasən vizual müşahidələrə, laborator analizlərə və mütəxəssis rəylərinə əsaslanır.

Ölkəmizdə pambıq, taxıl, üzüm, sitrus bitkiləri, tərəvəz və meyvə bağlarında müşahidə olunan fitosanitar problemlərin operativ izlənməsi üçün süni intellekt əsaslı monitorinq sistemlərinin yaradılmasına ehtiyac var. Xüsusən son illər iqlim dəyişiklikləri nəticəsində yeni zərərverici növlərin yayılması və mövcud növlərin bioloji xüsusiyyətlərinin dəyişməsi bu ehtiyacı daha da artırır.

Azərbaycanın elmi müəssisələri, universitetləri və aidiyyəti dövlət qurumları süni intellekt sahəsində beynəlxalq təcrübəni öyrənməklə yanaşı, yerli şəraitə uyğun məlumat  bazalarının yaradılmasına başlamalıdırlar. Çünki süni intellekt sistemlərinin effektiv fəaliyyəti üçün minlərlə yerli xəstəlik və zərərverici şəkillərindən ibarət məlumat bazası tələb olunur.

Azərbaycanda bitki mühafizəsində süni intellekt texnologiyalarının səmərəli tətbiqi üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. İlk növbədə, bitki xəstəlikləri və zərərvericiləri ilə bağlı vahid milli rəqəmsal məlumat bazasının yaradılması bu sahədə qərarların daha dəqiq və operativ qəbul edilməsinə imkan verə bilər. Eyni zamanda dron və peyk texnologiyalarından əldə olunan məlumatların fitosanitar monitorinq sistemlərinə inteqrasiyası əkin sahələrinin vəziyyətinə daha çevik nəzarət etməyə şərait yaradacaq.

Bununla yanaşı, feromon tələlərində avtomatik görüntü tanıma sistemlərinin tətbiqi zərərvericilərin vaxtında aşkarlanmasına, fermerlər üçün müasir rəqəmsal həllər əsasında fəaliyyət göstərən mobil tətbiqlərin hazırlanması isə düzgün qərarların qəbuluna kömək edə bilər. Süni intellekt və bitki mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması, universitetlərdə və elmi-tədqiqat müəssisələrində bu istiqamətdə araşdırmaların genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır. Bitki mühafizəsində onun tətbiqi xəstəlik və zərərvericilərə qarşı mübarizənin daha səmərəli, ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan rentabelli təşkil edilməsinə imkan verir. Dünyada sürətlə inkişaf edən bu texnologiyalar yaxın illərdə kənd təsərrüfatının ayrılmaz hissəsinə çevriləcək. Azərbaycan da bu prosesdən kənarda qalmamalı, milli fitosanitar təhlükəsizliyin təmin edilməsi və aqrar sektorun rəqabət qabiliyyətinin artırılması üçün süni intellekt texnologiyalarının tətbiqini prioritet istiqamətlərdən biri kimi qəbul etməlidir. Yeni reallıqlarla üz-üzə qaldığımız müasir dövrdə bitki mühafizəsinin gələcəyi məhz rəqəmsallaşma və süni intellektlə sıx bağlıdır.


Vüsal MƏMMƏDOV,

ADAU-nun Bitki mühafizəsi kafedrasının dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:51
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:49
15 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:47
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:43
15 Avqust

"Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında 

00:41
15 Avqust

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:39
15 Avqust

"Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə

00:37
15 Avqust

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!