21 Fevral 2026 01:07
479
Fərmanlar
A- A+
Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında

Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Aşağıdakı büdcə təşkilatları yaradılsın:

1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi"və "Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi";

1.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi";

1.3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi";

1.4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" və "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxslərin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu".

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, "Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu" publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun yaradılmasını təmin etsin.

3. Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir;

3.2. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində göstərilən məhdud məsuliyyətli cəmiyyətlərin nizamnamə kapitalı həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;

3.3. bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirir;

3.4. bu Fərmanın 4.2-ci, 4.3-cü və 5.1-ci bəndlərində qeyd olunan qurumlar "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir. 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. bu Fərmanın 1-ci, 2-ci və 5-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;

4.3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxsin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etsin;

4.4. bu Fərmanın 1-ci və 2-ci hissələrində, 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;

4.5. bu Fərmanın 1-ci və 2-ci hissələrinə əsasən yaradılan büdcə təşkilatlarının strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;

4.6. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan qurumların nizamnamələrinin təsdiq edilməsini təmin etsin;  

4.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:

5.1. tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu" və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkilini təmin etsin;

5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın onların əsasında yaradılan yeni publik hüquqi şəxsin balansına verilməsi və həmin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:

6.1.  bu Fərmanın 1-ci və 2-ci hissələrinə uyğun olaraq tabeliklərində yaradılmış büdcə təşkilatlarının əsasnamələrinin (nizamnamələrinin) iki ay müddətində təsdiq edilməsini təmin etsinlər;

6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. bu Fərmanla yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;

7.2. "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanla yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!