06 Dekabr 2024 20:50
284
DÜNYA
A- A+
Belçikalı deputat Fransa prezidenti Makronun siyasətinin uğursuzluğundan danışıb  

Belçikalı deputat Fransa prezidenti Makronun siyasətinin uğursuzluğundan danışıb  

Bu tarixidir, Fransada hökumət Milli Assambleya tərəfindən senzuraya məruz qalıb. Bu, Emmanuel Makronun siyasətinin uğursuzluğunun yeni simvoludur. O, öz xalqının əleyhinə idarə edən varlıların prezidentidir, pensiya yaşını artıran prezidentdir. Makron sərvət vergisini ləğv edən və bərabərsizlikləri genişləndirən prezidentdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri belçikalı deputat Raul Edebuv (Raoul Hedebouw) parlamentdə çıxışı zamanı deyib.

“Avtoritar siyasət aparan, “sarı jiletliləri”, həmkarlar ittifaqlarını və onun anti-sosial siyasətinə qarşı çıxanların hamısını şiddətli repressiyaya məruz qoyan prezident. O, dövlət xidmətlərini və sosial büdcələri azaltmaqla hərbi büdcəi bir neçə milyard artırmaq istəyən prezidentdir.

İyun ayında Makron seçkilərin nəticələrini inkar etmək və Yeni Xalq Cəbhəsinin qələbəsini tanımamaq qərarına gəldi. O, anti-sosial siyasətini davam etdirmək və RN (Milli Birlik partiyası-Marin Lö Pen) ilə müqavilə bağlamaq üçün qeyri-qanuni Baş nazir təyin etdi. Bu siyasət uğursuz oldu”, - deyən deputat vurğulayıb ki, Fransada yenidən xalq səfərbərliyi baş verir. Məktəblər, xəstəxanalar, hava limanları, idarələr, polis və hətta enerji sektorunda tətillər yenidən başlayır.

O, fransız işçilərlə həmrəy olduğunu bildirib. Qeyd edib ki, Fransada baş verənlər daha geniş böhrandır. Fransızların mübarizəsi bizim mübarizəmizdir. De Wever, Buşez və Makronun layihəsinə qarşı mübarizəmizi davam etdiririk. Deputat prezident E.Makronun uğursuz və avtoritar olduğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!