22 İyun 2025 09:40
1387
Mədəniyyət
A- A+
Baxışlar, baxışlar...

Baxışlar, baxışlar...


Baxışlardan söz düşəndə özümüz də hiss etmədən bir anlıq xəyallara dalırıq, ötənlərdən, keçənlərdən göz yaddaşımızda qalanları xatırlayırıq. Bu anlar sanki göz yaddaşımız ötən illərin xatirələrini üzü keçmişə doğru vərəqləyir. Yaddaşında olanları, qalanları göz önünə sərgiləyir. Yavaş-yavaş, tələsmədən nələr varsa, bir-bir seçib-seçmələyir, araşdırıb irdələyir. Deyəsən, hərdən də baxışların bəzilərini xəlvət-xəlvət arxasında gizlədib pərdələyir.

Araşdırıb baxanda görürük ki, nələr, hansı baxışlar yoxdur göz yaddaşında. Bir deyil, yüz deyil, min deyil. Vallah, hələ bu da son deyil. Oturub hesablasaq, dilə, ağla gətirdiklərimizdən də çoxdur. Kim bilir, bəlkə də heç sayı-hesabı yoxdur. 

Mehriban, sərt, gülümsər, qıyğacı baxışlar, bunlar adama müxtəlif hisslər bağışlar. Canalan, canverən, qəlbləri yandıran, odlu-alovlu, nazlı-qəmzəli baxışlar. Bu baxışlar qəlbimizə, ürəyimizə sevgi, məhəbbət qığılcımı bağışlar. Kədərli, qəmli, nəmli, bədbin, dolğun baxışlar - bunlar bir an içində gözlərimizdən yağdırar yağışlar. 

Yavaş-yavaş gedək irəli, keçək başqa baxışlara. İncə, qönçə, çiçək, ləçək, göyçək... Acı, şirin, dayaz, dərin, isti, soyuq, bir az da sərin baxışlar. Mənalı-mənasız, çəpəki-düz baxışlar. Yorğun, oğrun, həsrətli, nisgilli, gizlin, solğun baxışlar. Heç vaxt üzümüzə baxmasın, görməyək belə baxışlar. 

Tərs, oğrun, kinli baxışlar - heç vaxt qarşımıza çıxmasın belə baxışlar. Sevgi, eşq dolu baxışlar - nə gözəldir, nə fərəhlidir belə baxışlar. Dost, sirdaş, qardaş, yoldaş baxışlar - qoy olsun həmişə belə baxışlar. Eşidək həmişə yalnız ürəkdən süzülüb gələn alqışlar. Uzaq olsun, qaçaq düşsün həmişə bizdən nifrət dolu, qəzəbli, əsəbli, qanlı, həyəcanlı, dumanlı, gümanlı, umanlı baxışlar. Bunlardan ürəyimizə toxunmasın, dəyməsin kədərli, qəmli naxışlar.

Çəpəki, ötəri, keçəri baxışlar, bəzən ötməyən, keçməyən, həmişə ürəyimizə, qəlbimizə sancılıb qalan baxışlar. Bir-birinə bənzəməyən nigaran, narahat, üzüntülü, nisgilli, ürəkdağlayan, qisasdan, intiqamdan istilik alıb qaynayan, nifrətə hesablanan, dava-dalaşa yol açan baxışlar. Sevinclə aşıb-daşan gözlərə göz-qaş süzən,  daş atan baxışlar. Heç istəmirəm görəm belə baxışlar. İstəməklə deyil ha, təəssüf ki, hərdən qarşımıza çıxır xoşumuza gəlməyən, ruhumuzu oxşamayan, qəlbimizə yatmayan belə baxışlar. 

Heç bilmirdim, sən demə, belələri də var imiş - arlı-arsız, duzlu-duzsuz, qanlı-qansız, şaxtalı-qarlı baxışlar. Amma belələri də var - qartal kimi, şahin kimi, aslan kimi iti, ötkəm baxışlar. Kaş həmişə belə ola baxışlar. Olmaya heç vaxt məsum, yazıq, fağır, kasıb, ölüvay, üzücü, bezdirici, zəhlətökən, ürəkçəkən baxışlar. Bu cür baxışlar vurmasın ürəyimizə qara naxışlar, yara naxışlar, yağdırmasın üstümüzə yayın istisində soyuq yağışlar.

Həmişə, hər yerdə qarşımıza çıxsın yalnız və yalnız axtardığımız, həsrətində olduğumuz baxışlar. Üzümüzə həmişə baxsın sevgi yağan, məhəbbətdən doğan, xoş sözlərdən qığılcım alıb bir andaca alışıb yanan, eşqdən, sevdadan odlanan baxışlar.  Ömrümüzə, günümüzə qismət olmasın məzlum baxışlar. Kənar dursun bizdən könlümüzə sevinc, fərəh qatmayan baxışlar.

Başım saymağa, yazmağa o qədər qarışdı ki, heç bilmədim neçə oldu, necə  oldu baxışlar. Əvəzində saydıqlarım baxışların hamısı olmasa da, çoxu mənə doğmadı, tanışdı. Budur, yenə vərəqlərin üzərinə bir-birinin ardınca səpələnir, qəlpələnir naxışlar. Onlardan da doğulur bir-birinə bənzəməyən gözəl-gözəl baxışlar.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!