12 Noyabr 2024 17:06
344
COP29
A- A+
Baş nazir: Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir  

Baş nazir: Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir  

COP29-dayam, çünki Britaniya hökuməti dünyanın iqlim böhranında kritik bir nöqtədə dayandığını qəbul edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Böyük Britaniya 2035-ci ilə qədər emissiyaları 81 faiz azaltmağı hədəfləyir. O, iqlim böhranına qarşı mübarizənin milli təhlükəsizlik üçün əhəmiyyətini vurğulayıb. Baş nazir deyib ki, iqlim təhlükəsizliyi olmadan milli təhlükəsizlik, iqtisadi təhlükəsizlik və qlobal təhlükəsizlik mümkün deyil.

“Buna görə də biz bu COP-da bütün tərəfləri yenidən öz iddialı hədəflərini irəli sürməyə çağırmaq fürsətini dəyərləndirdik”,- deyə Kir Starmer qeyd edib.

Kir Starmer deyib ki, iqlim tədbirləri investisiya, daha yaxşı iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsətdir. Baş nazir əlavə edib ki, bu, gələcək onilliklər ərzində bütün xalqların rifahını təmin etmək imkanıdır. O deyib ki, bunlar Böyük Britaniya hökumətinin maraqlandığı məsələlərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!