13 Aprel 2021 01:34
1492
DÜNYA
A- A+
Banansız dünya

Banansız dünya

 

Ən populyar meyvə təhlükəyə məruz qalıb

 

Banan təhlükə altındadır. Planetdə ən populyar meyvə dünyanın bütün meyvə bazarını əsaslı şəkildə dəyişdirə biləcək xəstəliklə qarşılaşmışdır. Bu barədə Almaniyanın “Die Welt” qəzeti xəbər verir.

Hazırda dünya ticarətində bananın payı 30 milyard avrodan çoxdur. İstehsalçı ölkələrdə banan yetişdirilməsi 100 minlərlə adamı işlə təmin edir.

Tropical Race 4 (TR4) adlı xəstəlik ilk dəfə Tayvanda aşkarlanmışdır, indisə aqressiv göbələk bütün dünyada yayılır. O, 2016-cı ildə Afrika və Pakistanda qeydə alınmışdır. TR4 2019-cu ildə dünya ticarəti üçün banan yetişdirən əsas regiona - Cənubi Amerikaya çatmışdır.

Kolumbiya və Hondurasda artıq ilk plantasiyalar bağlanmışdır. Torpaqda uzun müddət  yaşaya bilən göbələk sporlarını zərərsizləşdirmək vasitəsi hələ mövcud deyil. Kimyəvi preparatların köməyi ilə də göbələkdən xilas olmaq qeyri-mümkündür. Bu o deməkdir ki, xəstəliyə yoluxmuş sahələrdən, bir qayda olaraq, 30-40 il istifadə etmək mümkün olmayacaq.

Banan istehsalına yaranmış ciddi təhlükəyə baxmayaraq, istehlak qiymətləri hələ də sabit olaraq qalır. Sabitliyin  səbəblərindən biri odur ki, Cənubi və Mərkəzi Amerikadakı istehsalçılar bitki xəstəliklərinin qarşısını müəyyən dərəcədə almağa müvəffəq olurlar.

Asiya, Afrika və Amerikanın bir çox ekvatorial ölkələrində banan rasionda əhəmiyyətli rol oynayır. Dünyada hər il təxminən 114 milyon ton həcmində olan banan məhsulunun yalnız 15 faizi ixraca yönəldilir. Yəni banan  təhlükə altına düşsə, adamlar təkcə dadlı meyvədən yox, həm də əsas ərzaq məhsullarının birindən məhrum olacaqlar.

Avstraliyalı biotexnoloq Ceyms Deyl bananın dünya ticarətində populyar olan və TR4-ə yoluxmayan genetik modifikasiyaya uğramış Cavendish sortunu yaratmışdır. İndi sənaye növbəti addımı dəstəkləmək üçün maliyyə vəsaiti qoymaq niyyətindədir: məqsəd bananın genetik modifikasiyaya uğramamış rezistent sortunu yetişdirməyə cəhd göstərməkdir. Bunun üçün Crispr/Cas genetik qayçılar texnologiyasından istifadə etmək planlaşdırılır. Lakin bu cür sortların hazırlanması bir neçə il çəkəcək. Özü də ziyanverici məhz dünyada banan satışının 95 faizini təşkil edən Cavendish sortunu vurur.

Banan ilk dəfə deyil ki, ziyanlı göbələklə qarşılaşır. 1960-cı illərdə bazarda bananın Cavendish deyil, Gros Michel sortu daha çox satılırdı. Gros Michel daha iri, şirin və ətirli idi, həm də Cavendish-ə nisbətən daha rahat təmizlənirdi. Amma sonralar TR4-ün yaxın qohumu TR1 göbələyi Gros Michel-i bazardan sıxışdırıb çıxarmışdır və bu gün Gros Michel sortu, demək olar ki, yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!