26 Yanvar 2024 15:10
1889
Mədəniyyət
A- A+
Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı olub

Görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin alman dilində nəşrinin təqdimatı olub

 

Yanvarın 26-da Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap olunan “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib. Kitab Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində ADA universitetin rektoru professor Hafiz Paşayev, kitabın tərcüməçisi, Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess, mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov istedadlı və orijinal yaradıcılıq üslubu olan Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdiyini, çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu söyləyib. Qeyd edib ki, Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib, əsər sonralar latın qrafikası ilə 1994, 2007, 2018-ci illərdə təkrar nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olan Mir Cəlal Paşayevin həm böyük alim, həm böyük pedaqoq, həm də böyük yazıçı kimi zəngin və çoxcəhətli fəaliyyətindən danışıb, Füzuli yaradıcılığının əsərdəki geniş təhlil ustalığı haqqında ətraflı bəhs edib.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması ilə bugünkü tədbirin üst-üstə düşməsini əlamətdar hadisə hesab edib, Füzuli yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin dərindən araşdırıldığı bu əsərin Füzuli irsinin fərqli istiqamətlərdən öyrənilməsində mühüm önəm daşıdığını söyləyib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli günün simvolik olduğunu vurğulayaraq, elm yolunda ona işıq tutan, yol göstərən müəllimi Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin elmi əhəmiyyətinə, qiymətli cəhətlərinə toxunaraq, XX əsr dünya Füzulişünaslığında Mir Cəlal müəllimin öz kürsüsü, öz yeri olduğunu bildirib. Füzuli dühasını dərindən açan bu əsərlə onun Füzulişünaslığın daşlı-kəsəkli yollarında Füzuli adına layiq əsər yaratdığını vurğulayıb.

AMEA-nın müxbir üzvü, BDU-nun professoru Təhsin Mütəllimov Mir Cəlal müəllimin əsərlərini bizlər üçün misilsiz yadigar adlandırıb, onun Füzulini dərindən bildiyini, buna görə də Füzulinin yaradıcılığını gözəl şəkildə açdığını söyləyib. Mir Cəlal Paşayevin həm tədqiqatçı, həm ustad-müəllim, həm də yazıçı kimi məktəb yaratdığını diqqətə çatdırıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Mir Cəlal Paşayevin fitri istedada malik olduğunu, kitabın həmçinin İraqda da çap olunacağını qeyd edib.

Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev kitabın Almaniya və bir çox Avropa ölkələrində sürətlə yayıldığını, artıq bir çox universitet kitabxanalarının kataloqlarına daxil edildiyini, biblioqrafiyalara salındığını söyləyib, tərcüməçi-tədqiqatçıya Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğindəki xidmətlərinə görə təşəkkürünü bildirib.

Kitabın tərcüməçisi, Almaniyanın Giesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilindən danışaraq, Füzuli dühasına Mir Cəlal Paşayevin bu əsəri vasitəsilə daha rahat daxil ola bildiyimizi vurğulayıb. Füzuli və Mir Cəlal yaradıcılığının əksi olan bu əsərdə sənətlə elmin kəsişdiyini söyləyib, kitabın ərsəyə gəlməsinə görə onun təşəbbüskarı olan hörmətli Hafiz Paşayevə və tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib, Füzulinin “Yetməzmi” adlı qəzəlini səsləndirib.

Sonda Mir Cəlal Paşayevin oğlu, ADA universitetin rektoru professor Hafiz Paşayev əsərin yazılma tarixi haqqında Mir Cəlal müəllimin xatirələrindən danışıb, kitabın tərcüməçisi Mixael Raynhard Hessə, tədbirin təşkilatçılarına və bütün qonaqlara təşəkkürünü bildirib.

Sonda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev haqqında Milli Kitabxananın hazırladığı Elektron məlumat bazasının təqdimatı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!