06 May 2026 16:43
303
İDMAN
A- A+
Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  


Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9–13-də təşkil olunacaq.

2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər. Beləliklə, paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.

“SportAccord”un prezidenti Uğur Erdener bildirib ki, Bakı onun üçün xüsusi əhəmiyyət daşıyır: “Əminəm ki, bu şəhər konvensiyamızın növbəti tədbirini ən yüksək səviyyədə təşkil edəcək. Bu proses ərzində azərbaycanlı tərəfdaşlarımızın nümayiş etdirdiyi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Biz konvensiyanın qlobal idman hərəkatı üçün rolunu və əhəmiyyətini daha da inkişaf etdirməyə davam edirik. Bu baxımdan, tədbir “SportAccord” üçün də mühüm mərhələ olacaq”.

Gənclər və idman naziri Fərid Qayıbov isə deyib ki, “Dünya İdman Paytaxtı” olaraq Bakı bu mötəbər tədbirə hazırdır: “Azərbaycan beynəlxalq idman ictimaiyyətini qarşılamağı və “SportAccord” ilə davamlı tərəfdaşlığını əks etdirən bu tədbirə ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Əminik ki, mayın 9–13-ü beynəlxalq idmanın gələcəyi üçün mühüm mərhələ kimi yadda qalacaq.”

“SportAccord”, həmçinin cari il ərzində bir sıra təşəbbüslər üzərində fəaliyyətini davam etdirir və yaxın həftələrdə əlavə yeniliklərin açıqlanması nəzərdə tutulur. Eyni zamanda, təşkilat konvensiyanın gələcək tədbirləri ilə bağlı bir neçə digər şəhərlə müzakirələr aparır və qarşıdakı illər üçün əlavə ev sahibi şəhərlərin elan olunması planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında qarşılıqlı hücumlar baş verib

19:41
08 May

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!