17 Aprel 2025 20:18
804
İQTİSADİYYAT
A- A+
Azərbaycanla Çin arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb 

Azərbaycanla Çin arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb 


Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, “İnkişaf körpüsü: sənaye və investisiya əməkdaşlığının genişlənməsi” mövzusunda təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin qatıldğı konfrans dialoq, etimad quruculuğu və uzunmüddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır.

Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır. Hədəf auditoriya beynəlxalq əməkdaşlıq imkanlarını araşdıran Çin şirkətləri və investisiya qurumları, Çin dövlət qurumları, ticarət və sənaye palataları və assosiasiyalardır.

Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi önəm veridyini bildirən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov iki ölkənin münasibətlərinin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirib. O, ötən il dövlət başçıları İlham Əliyev və Si Cinpinin Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməni qəbul etdiklərini, hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan diplomat əlavə edib ki, Çin ölkəmizin 4-cü ən iri ticarət tərəfdaşı, ən iri idxal mənbəyidir. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olan Azərbaycanın icra etdiyi nəqliyyat və infrastruktur layihələrinin həmin təşəbbüsün icrasına əhəmiyyətli töhfələr verdiyini, Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb. Dünyadakı yeni geosiyasi vəziyyət fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhlizə maraq getdikcə çoxalır.


Çinin Milli İnkişaf və İslahat Komissiyasının xarici kapital və investisiya departamentinin direktor müavini xanım Can Ciənhua Azərbaycanın qədim İpək yolu üzərində vacib ölkə olduğunu vurğulayıb, tarixən xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib, Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakının stimullaşdırılmasının əhəmiyyətini vurğulayıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev son dövrlərdə ölkələrimizin iqtisadi-ticarət əlaqələrində müşahidə olunan müsbət dinamikadan bəhs edib, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və iqtisadiyyatın digər sektorlarında birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bugünkü tədbirin 2023-cü ildə imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin nəticəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycandakı siyasi və iqtisadi sabitlik, strateji yerləşmə, əlverişli biznes mühiti çinli investorlar üçün yeni imkanlar yaradaraq, ölkəmizi öz regional mərkəzi və istehsal bazası kimi seçmək üstünlüyünü təklif edir.

T.Nadiroğlu Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərəfdarı olan Azərbaycanın əlverişli coğrafi mövqe və müasirlənən infrastrukturu ilə onun icrasına önəmli töhfələr verdiyini, bu çərçivədə Azərbaycanın istehsal və ticarət fəaliyyətlərini birləşdirən mərkəz kimi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Çin şirkətləri Azərbaycanda, o cümlədən müxtəlif imtiyazların və güzəştlərin təklif olunduğu sənaye parklarında, iqtisadi zonalarda, habelə Ələt Azad İqtisadi Zonasında müəssisə açaraq istehsal etdikləri məhsulları yerli bazarla yanaşı, qonşu ölkələrə də çıxarmaq imkanı əldə edir. Artıq bu istiqamətdə müsbət təcrübə də var.

Ticarət nümayəndəsi Çinin bir neçə şəhərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin ölkəmizdə istehsal olunan məhsulların və Azərbaycanın investisiya, turizm potensialının təşviqi ilə məşğul olduğunu diqqətə çatdırıb.

Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov habelə, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, SOCAR-ın, Azərbaycan İnvestisiya Holdinqinin, AZPROMO-nun, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb, ağır sənaye, mədənçıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı olub.

Bundan başqa, Azərbaycanda investisiya yatıran və ya yatırmağı planlaşdıran Çin şirkətlərinin nümayəndələri Azərbaycanla bağlı layihə və planlarından danışıblar. Tiencin şəhəri Vuçinq rayonunun xalq hökumətinin və Pekin iqtisadi-texnoloji inkişaf zonasının nümayəndələri öz təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb.

Konfransın keçirildiyi məkanda Azərbaycan və onun iqtisadiyyatı, ölkəmizdəki əlverişli biznes mühiti, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, AZPROMO-nun investor xidmətləri, ticarət nümayəndəliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Ələt Azad İqtisadi Zonası, KOBİA, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları, 4SİM, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Neft Fondu, SOCAR və Çindəki Azərbaycan ticarət evlərinə dair bilbordlar nümayiş olunub

Çin investorları ilə Azərbaycan dövlət nümayəndələri arasında xüsusi görüşdə irimiqyaslı əməkdaşlıq, investisiya şərtləri və strateji prioritetlər barədə açıq dialoq aparılıb, B2B formatlı görüşlər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!